Siyasət

  • 3 877

“Radikal müxalifət heç vaxt Azərbaycanda çirkin niyyətini həyata keçirə bilməz” ÖZƏL-RƏY

image

“Demokratik ölkələrdə mitinq keçirmək hər bir siyasi qüvvənin, o cümlədən müxalifətin də hüququdur. Bu, ölkə qanunvericiliyində öz əksini tapıb. Lakin eyni zamanda mitinq, aksiya keçirmək istiqamətində hər bir addım qanun çərçivəsində atılmalıdır”. Bunu SİA-ya Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev son günlər AXCP, “Milli Şura”nın mitinq keçirmək həvəsinə düşməsinə münasibətində açıqlayıb.C.Şahverdiyevin sözlərinə görə, dağıdıcı müxalifət bu vaxtadək qanun çərçivəsində, tələbində aksiya keçirməyib: “Meriyanın icazəsilə keçirdiyi mitinqlərdə həmişə təxribata əl atmağa çalışıb: “Lakin güc, hüquq-mühafizə orqanlarımız vaxtında bunun qarşısını alıb. bu gün mitinqlər keçirməklə heç nəyə nail olmaq mümkün deyil. Axı mitinq, etiraz aksiyasının keçirilməsi üçün səbəb, mövzu olmalıdır. Ölkə rəhbərliyi mövcud problemləri bilir və onların həlli ilə bağlı ciddi addımlar atır. Ölkədə artıq bir sıra sosial problemlər həll olunub. Bütün sahələrdə fundamental islahatlar həyata keçirilir, əhalinin sosial rifahı ildən-ilə yaxşılaşır və s. Eyni zamanda, ölkə rəhbərliyinin korrupsiya ilə mübarizə sahəsində apardığı iş bütün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Bu mənada müxalifətin mitinq keçirməsinin heç bir mənası yoxdur. Bu, xülysya düşməklə müxalifət növbəti dəfə özünü biabırçı vəziyyətə salmış olur".C.Şahverdiyev onu da bildirib ki, radikal müxalifət mitinq keçirmək əvəzinə təfəkkürünü, düşüncəsini reallığa uyğun formalaşdırmalıdır. Radikal müxalifət təfəkküründə islahat aparmalıdır, addımlarının reallığa uyğun stmalıdır: "Mitinq, icazəsiz aksiyalar keçirmək zamanı çoxdan bitib. Hökumət dəfələrlə "Məhsul" stadionunda müxalifətin mitinqinə icazə verib, təhlükəsizliyini qoruyub. AXCP, Milli Şura, Müsavat, onları müdafiə edən yanında olan qüvvələr meydana heç min nəfər çıxara bilməyiblər. Bu radikal müxalifətin harada, hansı vəziyyətdə olduğunun göstəricisidir. Sosial bazasız qalan, xalqın nifrətini qazanan, pərən-pərən düşən radikal müxalifət gündəmdə qalmaq üçün yalnız süni gərginlik, qarşıdurma yaratmaqda ustadır. Amma süni gərginlik yaratmaq cəhdi düzgün siyasi mübarizə metodu sayıla bilməz".Jurnalistin fikrincə, görünür, qonşu Gürcüstan və işğalçı Ermənistanda müxalifətin keçirdiyi aksiyalar bizim radikalları da "ruh"landırdığından mitinq keçirmək həvəsinə düşüb: "Ağılsızlıqdır. Azərbaycan nə Gürcüstan, nə də Ermənistandır. Azərbaycan qalıb ölkədir, ölkəmiz etibarlı əllərdədir, xalq-hakimiyyət birliyi mövcuddur. Eyni zamanda dayanıqlı siyasi dialoq mühiti formalaşıb. Ölkədə dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələr formalaşıb. Bunlar siyasi münasibətlər sisteminə də sirayət edib. Azərbaycanda milli və siyasi həmrəylik mövcuddur. Bu mənada radikal müxalifət heç vaxt Azərbaycanda çirkin niyyətini həyata keçirə bilməz".

sia.az

Digər xəbərlər