Siyasət

  • 3 415

YAP Səbail rayon təşkilatı Vətən müharibəsi qazilərini diqqət mərkəzində saxlayır

image

YAP Səbail rayon təşkilatının üzvləri “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə qayğı” davamlı aksiyası çərçivəsində Səbail rayonu sakinləri olan Vətən müharibəsi qaziləri – Əliyev Balaəmi Etibar oğlunu, Muradov Fəqan Asif oğlunu, qazi qardaşlar Alıyev Elvin Qulu oğlunu və Alıyev Məhərrəm Qulu oğlunu evlərində ziyarət etdilər, hazırda hərbi xidmətdə olan baş leytenant, qazi İsmayılov Hafiz Habil oğlunun ailəsi ilə görüşdülər.

YAP Səbail rayon təşkilatının fəal gəncləri Vətən müharibəsində 44 gün Şanlı Qələbə yolu keçən və Azərbaycan xalqının möhtəşəm Qarabağ Zəfərində rolu olan qəhrəman qazilərimizə və onların fədakar ailə üzvlərinə bir daha təşəkkür etdilər, qazilərimizin səhhəti və gündəlik qayğıları ilə maraqlandılar. Qazilər gənclərə döyüş xatirələri və Azərbaycan əsgərinin şücaəti, qələbə əzmi haqqında danışaraq ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderlik xüsusiyyətlərini, Vətən müharibəsi günlərində Azərbaycan xalqının milli birliyini xüsusi vurğuladılar, dövlət tərəfindən Vətən müharibəsi qazilərinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.

yap.org.az

Digər xəbərlər