PDF Oxu

Siyasət

  • 6 690

Zəngəzur dəhlizinin açılması gələcəkdə nələr vəd edir? - ŞƏRH ÖZƏL

image

“Dağlıq Qarabağ münaqişəsi zamanı və bu münaqişədən əvvəl də bəzi qüvvələrin ən əsas məqsədlərdən biri Türk dünyasında quru sərhəddinin ləğv edilməsi olub. Buna da qismən həmin qüvvələr nail olmuşdu. Təsəvvür edin Azərbaycandan Naxçıvana keçmək üçün biz dost da olsa İranın ərazisindən keçirdik. Bəzi yükdaşımalar zamanı da istər-istəməz biz müəyyən problemlərlə qarşılaşırdıq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev deyib.Deputatın sözlərinə görə, bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var: “Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən həm keçmiş dəmiryolu bərpa oluna bilər, həmçinin kommunikasiyaların açılması boru və qaz kəmərlərinin açılması üçün də mühüm irəliləyişdir. Gələcəkdə Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Bu Türk dünyasının birləşməsi deməkdir”.A.Nağıyev vurğulayıb ki, dünən keçirilən Türk Şurasının müşavirəsində həm cənab Prezidentin çıxışında, həm də digər ölkə rəhbərlərinin çıxışında Zəngəzur dəhlizinin əhəmiyyəti bir daha vurğulanıb: “Burada digər bir vacib məqam isə bu dəhlizin bir çox ölkəyə gətirəcəyi dividentdir. Həmçinin qaz satışında qiymətlərlə bağlı, İran-Naxçıvan, İran-Türkiyə, Ermənistan-İran münasibətləri kimi məsələlər də Zəngəzur dəhlizindən asılıdır. Bütün bunların fonunda bu dəhlizin əhəmiyyətini düşünürəm ki, hər kəs üçün aydındır. Bununla yanaşı, Qazax tərəfdən açılacaq kommunikasiya gələcəkdə Avropaya çıxış üçün, eyni zamanda, Qərblə-Şərqin birləşməsi üçün əhəmiyyətli yol oynayacaq”.

yap.org.az

Digər xəbərlər