Siyasət

  • 4 614

“Zəngəzur Türk dünyasının birləşməsi rolunu oynayacaqdır” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-rəsmi görüşündəki çıxışı bir daha göstərdi ki, dövlətimizin rəhbəri dünyada sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın, ölkələr arasında sağlam münasibətlərin yaradılmasının tərəfdarıdır. Azərbaycan uzun illər erməni təcavüzünə məruz qalmasına və torpaqlarımızın işğalı zamanı ağır bəlalara, çətinliklərə düçar olmasına, itgilər verməsinə baxmayaraq, Ermənistanla münasibətlərin tənzimlənməsinin, düşmənçiliyin aradan qaldırılmasının tərəfdarıdır və ölkə vətəndaşı olan hər bir erməninin təhlükəsizliyinə təminat verir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, ancaq Azərbaycan ona qarşı yenidən yönəldiləcək hərhansı təxribatın qarşısını da almağa hazırdır və heç bir zaman düşmənə öz mənfur niyyətlərini həyata keçirməsinə imkan verməyəcəkdir.

“Azərbaycan Prezidenti qeyd etmişdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması yalnız iki ölkə üçün deyil, region dövlətləri üçün də çox əhəmiyyətlidir. Ərazidə nəqliyyat, dəmir yolu infrastrukturunun təmin edilməsi region ölkələrinə dünyaya çıxmağa imkan verəcəkdir. “Qədim Azərbaycan torpağı olan Zəngəzur Türk dünyasının birləşməsi rolunu oynayacaqdır”, fikrində olan Azərbaycan Prezidenti bu birliyin türkdilli ölkələrin iqtisadiyyatının inkişafı və təhlükəsizliyinin təmin olunması baxımından vacib olduğunu qeyd etmişdir. Ölkə rəhbəri onu da bildirmişdir ki, Türkiyə başda olmaqla, 44 günlük müharibə dövründə əksər türkdilli ölkələr Azərbaycanın apardığı ədalətli müharibəyə öz dəstəklərini nümayiş etdirdilər. Bu bizim birliyimizin və qardaşlığımızın nümunəsidir. Əlbəttə ki, türkdilli dövlətlərin birliyinin möhkəmlənməsi onların hər biri üçün faydalıdır və keçiriilən zirvə görüşləri də məhz bu məqsədə xidmət edir”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər