Siyasət

  • 4 033

Möhtəşəm tarixi dövr: 17 ildə xalqımızın ən böyük arzularını gerçəkləşdirən QALİB LİDER

image

Hər ili yola salanda dönüb arxaya baxırıq. Baxırıq ki, bu il xalqımızın yaddaşında nə ilə, hansı nailiyyətlərlə yadda qalıb. Deyərdim ki, son 17 ilin uğurlarının ümumiləşdirilmiş mənzərəsi: 30 ilin həsrətinə 44 günün - zəfər tarixidir! Bu Zəfər tarixi ki, Ali Baş Komandanımız, Qalib Sərkərdə İlham Əliyev Qarabağımızı bizə qaytardı! Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olmuşdur. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmış, ölkədə 1,9 milyon yeni iş yeri açılmış, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılmışdır. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5 faizə endirilmişdir.Bəşəriyyəti cənginə almış COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan ən ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə səmərəli tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri dəfələrlə yüksək qiymətləndirmiş, bu sahədə nümunəvi ölkə adlandırmışdır. Dövlət başçısının ilk gündən atdığı addımlar bütün strukturlar və eləcə də vətəndaşlar üçün nümunə olmuş, 2020-ci il iyul ayının 10-da məhz cənab İlham Əliyevin koronavirusla mübarizə ilə bağlı xüsusi təşəbbüsü dünya dövlətləri tərəfindən yekdilliklə dəstəklənmişdi.Prezident İlham Əliyevin 17 illik prezidentlik və 2018-ci il aprelin 11-də xalq tərəfindən seçilərək rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Çünki Qalib liderimizin "dəmir yumruq" siyasəti ilə mümkünsüzü mümkün etdi.

"Qarabağ Azərbaycandır!" reallığı 44 gündə – mümkünsüzü mümkün etdi
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat Ermənistanın kapitulyasiyasıdır.Qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazan Ali Baş Komandanımız, Prezident İlham Əliyev son 17 ildə xalqımızın ən böyük arzularını gerçəkləşdirdi: Cəbrayılımızı, Qubadlı, Zəngilan, Füzuli, Xocavənd, Şuşa, Ağdam, Kəlbəcər, Laçınımızı və digər o faşistxislətli, təcavüzkar Ermənistanın işğalından Ali Baş Komandanımızın "dəmir yumruq" siyasəti altında Müzəffər Ordumuzun gücü, rəşadətli əsgər və zabitlərimizin şücaəti nəticəsində azad etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının Qələbəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev dediyi kimi: "Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"

ZƏRİFƏ QULİYEVA,
"Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

sia.az

Digər xəbərlər