Siyasət

  • 2 917

YAP Qobustan rayon təşkilatının fəalları şəhid ailəsi ilə görüşüblər

image

Qobustan rayonu Nardaran kəndindən Şəhid olmuş Baxışov Cahangir Əmrah oğlunun doğum günündə, YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev və partiyanın fəal üzvləri onun abidəsini ziyarət edib, üzərinə əklil, tər gül dəstələri düzüblər. Daha sonra şəhidin doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.Tədbirdə çıxış edən təşkilatın sədri Füzuli Gülaliyev bildirdi ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Ölkə Prezidenti lham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.Azərbaycanın ərazi bütövlüyü və Vətən torpaqlarının işğaldan azad olunması uğrunda ilk günlərdən ön cəbhədə qəhrəmanlıqla döyüşən şəhidimizin döyüş yoluna nəzər saldı, hər günü şanlı tarix olan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfərini borclu olduğumuz bütün Şəhidlərimizin əbədiyaşar xatirəsini bir daha ehtiramla yad edildi və bu şərəfli mübarizədə sağlamlığını itirən qazilərimizə Allahdan şəfalar dilədi.Daha sonra Şəhid Baxışov Cahangir Əmrah oğlunun ad gününə həsr olunmuş tədbir şəhidin ailəsini ziyarət etməklə davam etdirildi.Görüşdə səmimi söhbət edən təşkilatın sədri Füzuli Gülaliyev vurğuladı ki, Azərbaycan xalqı, gələcək nəsillərlə qəhrəman Vətən oğullarının xidmətlərini, şücaətini, mərdliyini, fədakarlığını əbədi yaşadacaq və Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şanlı Qələbəsi böyük bir qəhrəmanlıq dastanı kimi xatırlanacaqdır. Şəhid ailələrinə daimi olaraq dövlətimizin diqqət və qayğısı davam etdiriləcək ,maddi və mənəvi köməkliklər göstəriləcəkdir.Şəhid atası Baxışov Əmrah, şəhidin anası Baxışova Validə dövlətin diqqət və qayğısına görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Ziyarət zamanı təşkilat üzvləri şəhid ailəsinə baş sağlığı verib, ailənin qayğıları, problemləri ilə maraqlanıblar. Eyni zamanda, maddi yardım və ərzaq bağlaması təqdim olunub.

sia.az

Digər xəbərlər