Siyasət

  • 3 861

Ermənistan XİN-in 3 aprel bəyanatı Rusiya tərəfindən reaksiyasız buraxılmamalıdır - MÖVQE

image

“Ermənistan ölkəmizə qarşı qanunsuz ərazi iddialarını və təcavüz ideologiyasını rəsmən hələ davam etdirir. 2021-ci ilin 3 aprelində Ermənistan XİN-in 2016-cı il aprel döyüşlərinin 5 illiyi ilə bağlı yaydığı bəyanat bunun növbəti sübutudur. Bəyanatın rəsmi tezisləri bunlardır-Azərbaycanın “Artsaxa” 2016-cı və 2020-ci il sentyabr təcavüzləri(?) sübut edir ki, "Artsax" hər hansı statusla Azərbaycanın tərkibində qala bilməz, bu təcavüzlərin nəticələri aradan qaldırılmayınca və "Artsaxın" statusu müəyyən olunmayınca möhkəm sülh və sabitlik olmayacaq”. SİA xəbər verir ki, bunu açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, geniş şərhə varmadan da bununla bağlı iki real variantı mütləq qeyd etməliyəm: “Ermənistanın siyasi rəhbərliyi təcavüz və revanş ideologiyasından əl çəkməyib və siyasi hakimiyyətdə 10 noyabr 2020-ci il razılaşmasını qətiyyən qəbul etməyən irticaçı qruplaşmanın müqaviməti davam edir”.A.Quliyev vurğulayıb ki, Ermənistanda dövlət səviyyəsində etnik nifrət təbliğatının və ərazi iddiaları ideologiyasının qarşısının tam alınmamasında bölgəmizin sülh təminatını öz üzərinə götürmüş Rusiya hakimiyyəti mübahisəsiz məsuliyyət daşıyır: “Sülhü mühafizə missiyası ilə Ermənistanda revanşizmin dirçəlişinə göz yumulması bir arada mövcud ola bilməz. Azərbaycan sülhyaratma missiyasının Rusiyaya həvalə edilməsini real nəticələr xətrinə qəbul edib.Ermənistanda rəsmi revanş siyasətinin qarşısı alınmasa, Azərbaycan Qarabağda sülhyaratma missiyasının tək əldə cəmləşdirilməsini təftiş etmək və ona yenidən baxmaq üçün tutarlı əsaslar əldə edəcək”.

sia.az

Digər xəbərlər