Siyasət

  • 4 429

Şahin İsmayılov: Vaksin olunanların sayına görə Azərbaycan regionda lider, dünyada isə bir çox ölkələrdən öndədir

image

“Məlum olduğu kimi, COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərildi. Yaxın gələcəkdə isə Çindən daha 150 min doza vaksin göndəriləcək. Bunlara qədər isə artıq Azərbaycan 2 milyon doza vaksin əldə edib”. Bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Şahin İsmayılov bildirib ki, vaksin olunanların sayına görə ölkəmiz regionda lider, dünyada isə bir çox ölkələrdən öndədir. Əgər biz dünya üzrə vaksin əldə etmiş ölkələrin və peyvənd vurulmuş insanların statistikasına baxsaq, bunun əyani şəkildə görərik. Ölkəmiz həm də vaksini ilk əldə edən ölkələr sırasındadır.
Deputat qeyd edib ki, COVAX platformasının ədalətsiz yanaşmasını da nəzərə alsaq, Azərbaycanın iri həcmdə vaksin əldə etməsi kifayət qədər böyük uğurdur. Bu, həm ölkəmizin, həm də dövlətimizin başçısının şəxsi nüfuzu sayəsində baş verib.
“Hər birimizə məlumdur ki, koronavirusdan qurtulmağın yeganə yolu məhz vaksinasiyadır. Bu virus dünyamıza və gündəlik həyatımıza yeni reallıqlar gətirdi. Heç şübhəsiz, bundan sonrakı dövrdə biz həyatımızı bu reallıqlara uyğun davam etdirəcəyik. Bu reallıqlar isə bizə vaksin olunmağın vacibliyini tövsiyə edir. Vaksinasiyanın kifayət qədər böyük üstünlükləri var. Əgər biz vaksinasiya nisbətinə görə dünyada lider mövqedə olan İsrailə baxsaq, orada həyatın demək olar ki, tam şəkildə qaydasına düşdüyünü görərik. İnsanlar həyatlarına pandemiyadan əvvəlki dövrdə olduğu kimi davam edirlər”, - deyə Ş.İsmayılov vurğulayıb.
O bildirib ki, bundan başqa, vaksin cəmiyyətdə virusa qarşı ümumi immunitetin yaranmasının da yeganə yoludur. Koronavirusun dünya iqtisadiyyatina vurduğu böyük zərəri nəzərə alsaq, bundan sonrakı dövrdə səyahətlər zamanı bəzi ölkələr koronavirus pasportu tələbi də qoya bilər. Pandemiya yeni başlayan zaman Azərbaycan Prezidenti İlham Əliyev dövlətimiz üçün ən vacib məsələnin onun vətəndaşlarının sağlamlığının qorunması olduğunu söylədi. Azərbaycan dövləti öz daxili imkanları hesabına pandemiyanın zərərlərini minimuma endirə bildi. Bundan başqa, bir sıra dövlətlərə və təşkilatlara kömək əlini uzatdı. Eyni zamanda, Azərbaycan dünya üzrə vaksini ən birinci əldə edən ölkələrdən oldu. Əslində, bunlar sadə səslənsə də, kifayət qədər gərgin işin nəticəsidir. Hazırkı dövrdə isə bizim üzərimizə düşən iş vaksinasiya prosesinə fəal şəkildə qoşulmaqdır. Çünki bunsuz həyatımızın normala dönməyi mümkün deyil.

yap.org.az

Digər xəbərlər