Siyasət

  • 8 393

Suraxanı rayonunda şəhid İsabala Hüseynovun “Xatirə abidəsi”nin açılışı olub

image

Qaraçuxur qəsəbəsinin sakini olmuş, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid əsgər Hüseynov İsabala Ceyhun oğlunun yaşadığı evinin qarşısında açıq havada və karantin qaydaları çərçivəsində "Xatirə abidəsinin" açılışı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə iştirak edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 20 yaşlı İsabalanın Murov dağ, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu ifadə edərək deyib ki, şəhidimiz gənc olsa da onun döyüş yolu gənclərimizə örnək olub. Təşkilat sədri onu da qeyd edib ki, şəhid İsabalanın vətənpərvər ruhu öz ailəsindən ona miras qalmışdır. Belə ki, şəhidimizin atası Hüseynov Ceyhun I Qarabağ müharibəsinin iştirakçısıdır. Bu məqama diqqəti çəkən YAP Suraxanı rayon təşkilatının sədri Hüseynovlar ailəsinin evinin digər şəhid evləri kimi ziyarətgaha çevrildiyini və "Xatirə abidəsi"nin açılışında insanların gəlib iştirak etməkləri ilə bu həqiqətin bir daha öz təsdiqini tapdığını vurğulayib.Tədbirdə çıxış edən şəhid atası Ceyhun Hüseynov ümumilikdə şəhid ailələrinə hər an diqqət və qayğı göstərdiyinə görə başda Cənab Prezident olmaqla hər kəsə dərin minnətdarlığını bildirib.

sia.az

Digər xəbərlər