Siyasət

  • 3 079

Amerikalı jurnalist: “Laçında daş-daş üstündə qalmayıb”

image

“Bizim əlimizə ABŞ səfirliyinin ermənilərin aqressorluğundan bəhs edən və Ara Ayvazyanın (Ermənistanın XİN rəhbəri-red.) yalanını açan teleqramı keçib”. SİA xəbər verir ki, bu barədə KarabakhBulletin teleqram kanalı yazır. ABŞ səfirliyinin 1993-cü ilin aprel ayında İrəvandakı səfirliyindən yazılan məktubunda jurnalist Skott Sallivanın gördükləri əks olunub. Newsweek-in Avropa ölkələri üzrə redaktoru məktubunda bildirir ki, o Qarabağa səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Belə ki, səfəri zamanı o artıq işğal olunmuş Laçın rayonunda olub və “daşın-daş üstündə qalmadığını” yazıb. Skott həmçinin təsdiq edir ki, Laçındakı evlər hərbi əməliyyatlar yamanı deyil, məhz erməni işğalçı qüvvələri tərəfindən yandırılıb.

sia.az

Digər xəbərlər