Siyasət

  • 3 701

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət edib

image

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsi şəhidi əsgər Kərimov Əhməd Vaqif oğlunun ailəsini ziyarət etmiş, ailəyə təşkilat adından sovqat təqdim etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Səmimi söhbət əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulamışdır ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklər. Təşkilatının sədri eyni zamanda cənab Prezidentin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan doğma münasibətlərinin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu qeyd etmişdir.
Sonda şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına təşəkkür etmişdir.

yap.org.az

Digər xəbərlər