Siyasət

  • 3 992

Anar Xəlilov: “Müxalifət xarici qüvvələrlə iş birliyini biznes vasitəsinə çevirib” ÖZƏL-RƏY

image

“Azərbaycanda fəaliyyət göstərən radikal muxalifətin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq qurumlara, xüsusən də anti-Azərbaycan mövqeli beynəlxalq təşkilatlara ölkəmizlə bağlı həqiqətə söykənməyən donoslar ötürməkdən ibarətdir”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.Onun sözlərinə görə, müxalifət bu kimi fəaliyyətləri ilə qaranlıq dairələrdən maliyyə yardımı alır və mövcudluqlarını qoruyurlar: “Eyni zamanda, müxalifət xarici qüvvələrlə iş birliyini biznes vasitəsinə çevirib. Sivil siyasi mübarizə meydanında normal müxalifətin müraciəti xalqa olmalıdır. Bunlar isə xalqa müraciət edə bilmirlər. Çünki xalq bunları artıq dinləmir. Xalq bu tip insanların və onların yaratdıqları qurumların hansı çirkin oyunlar oynadığının dəfələrlə şahidi olub. Buna görə də xalqdan dayaqların itirdiklərinə görə, yeganə üz tutacaqları yer elə özləri kimi demokratiya şüarı altında siyasi möhtəkarlıqla məşğul olan beynəlxalq təşkilatlara üz tuturlar. Həmin beynəlxalq təşkilatların bir çoxu elə dünyada siyasi reketliklə məşğuldurlar və ya hansısa qaranlıq qüvvələrə xidmət edirlər. Bunlardan aldıqları donoslardan Azərbaycana qarşı şantaj üsullardan istifadə edirlər. Lakin, biz dəfələrlə şahidi olmuşuq ki, bu tip beynəlxalq təşkilatların qərəzli yanaşmalarının sonu həmişə uğursuzluqla yekunlaşıb”.A.Xəlilov bildirdi ki, ölkəmiz bu gün dünyada öz layiqli yerini tutub və inamla inkişaf edir: “Azərbaycanın güclü siyasi lideri var və xalqını, dövlətini inamla irəli aparır. Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət öz uğurlu nəticələrini hər gün göstərməkdədir. Dünyanın ciddi qərəzsiz siyasi dairlələri Azərbaycanda gedən inkişaf prosesini təqdirəlayiq hesab edir. Azərbaycanda gedən inkişaf modeli artıq dünyanın ən nüfuzlu KİV-lərində işıqlandırılır. Radikal müxalifətin xalqın içərisində itmiş hörməti tezliklə donos verdikləri Beynəlxalq təşkilatlarda da təkrarlanacaq. Onlar da bunlardan üz çevirəcəklər. Bütün hallarda istənilən mübarizəni normal qaydalara uyğun aparmaq lazımdır. Bu insanlar unutmamalıdır ki, biz azərbaycanlıyıq, bizim dəyərlərimiz var, şər-böhtanla mübarizə olmur. Eləcə də bu şər böhtanı xalqımızı sevməyən xarici qüvvələrə ötürmək, onların dəyirmanına su tökməkdir. Bu əməl heç bir azərbaycanlıya şərəf gətirməz”.

sia.az

Digər xəbərlər