Siyasət

  • 3 023

Simasız müxalifətin yeni riyakar əməlləri üzə çıxır

image

Azərbaycan cəmiyyətində müxalifətə bəslənən dərin nifrətə baxmayaraq AXCP, Müsavat, “Milli Şura” kimi qondarma qurumların satqın məxluqları öz amplualarından əl çəkmirlər. Hər dəfə sosial şəbəkələr vasitəsilə sərsəm, anormal fikirlərini, şər və böhtanlarını yaymaqda davam edirlər. Hər dəfə də, müxalif ünsürlərin yaydıqları şər və böhtan xarakterli məlumatlara dərhal xaricdəki ağaları reaksiya verir və hay-küylü bəyanatlar, hesabatlarla məsələni şişirtməyə çalışırlar. Buna misal kimi, "Freedum Hous", “Soros” və bu kimi digər qərəzli məkr yuvalarını göstərmək olar. "Freedum Hous” sifariş əsasında konkret dövləti hədəfə alır, ənənəvi qərəzli tezislərdən istifadə etməklə, filan ölkədə insan hüquqları sahəsində və demokratik proseslərdə problemlərin olduğunu iddia edir. Corc Sorosun təsisçisi və rəhbəri olduğu “Soros” fondunun fəaliyyəti də hər kəsə bəllidir. Azərbaycan cəmiyyəti bu təşkilatın erməni lobbisinin əlində Azərbaycana qarşı bir istifadə olunan alət olduğunu çox yaxşı bilir. Ona görə də, Azərbaycan cəmiyyəti bu təşkilatın yaydığı hesabatları ciddi sənəd kimi qəbul etmir. Amma AXCP, Müsavat, “Milli Şura” rəhbərliyi bunun fərqində deyillər. Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli kimi ünsürlər birbaşa xarici maraqlı dairələrin Azərbaycandakı əlaltıları rolunda çıxış edirlər. Hətta bəzən bunu açıq şəkildə nümayiş etdirirlər. Nədi-nədi sözügedən təşkilatlar onlara maliyyə yardımları ayırır. Məhz pul xətrinə dövrədə olmaqla Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı mübariz metodu seçirlər. Göstərişə əsasən, onlar gah mitinqlər, küçə yürüşləri keçirir, gah da hədələyici bəyanatlarla çıxışlar edirlər. Amma reallıq ondan ibarətdir ki, müxalifətin istənilən pozucu aktları iflasa uğrayır. Həm də, cəmiyyətin inkişafına əngəllər yaratmaq niyyəti fiaskoya uğrayır. Bu, onunla bağlıdır ki, Azərbaycanda bu və ya digər qüvvələrin maddi-siyasi dəstəyilə dövlətin əsaslarının laxladılması dövrü artıq geridə qalıb. Məhz kənar müdaxilələrin tarix boyu Azərbaycan dövlətçiliyinin qərar tuta bilməməsinin əsas səbəbi olduğundan bu gün siyasi şüur və siyasi mədəniyyət səviyyəsi yüksək olan cəmiyyətimiz "ölkənin gələcəyi onun keçmişində baş verənləri doğru dərk edənlərindir" prinsipinə əsaslanaraq, radikal müxalifətin antimilli çağırışlarına cavab verməyib. Bu səbəbdən də, xalq hər dəfə dövlətçiliyə və milli maraqlara zidd addımlar atan və xarici siyasi qüvvələrin əlində təzyiq alətinə çevrilmiş radikal müxalifəti qəbul etmir.Bir sözlə, dağıdıcı müxalifət ünsürləri hər zaman ölkəmizin milli maraqlarına zərbə vurmaqla məşğul olublar. Bu tendensiyanı iyrənc şəkildə bu gün də davam etdirirlər. Artıq sübut olunub ki, Sorosun ayırdığı pullar hesabına doymuş məhlula çevrilən AXCP və Müsavat rəhbərliyi müəyyən sayda gənci "siyasi mühacir" adı altında xarici ölkələrə göndərib. Sonradan xaricə üz tutan gənclər səhvlərini başa düşüb, onları gedər-gəlməzə yola salan müxalifət liderlərini ifşa ediblər. Məlum olub ki, Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı 2500-3000 manat pul almaqla, onlara partiya vəsiqəsi verərək, həmin şəxsin guya mitinqlərdə polislər tərəfindən təzyiqlərə məruz qaldığını qeyd ediblər. Bu ifşaedici faktlardan sonra da sözügedən partiya sədrlərinin öz bəd əməllərini davam etdirmələri o fikri yaradır ki, bu adamlar əxlaqdan və mənəviyyatdan, həqiqətən də, uzaqdırlar. Məhz bu amil onları məhvə sürükləyir. Proseslər və araşdırmalar da təsdiq edir ki, bu gün müxalif düşərgə ən acınacaqlı günlərini yaşamaqdadır. Növbəti parçalanmalar, qopmalar da qaçılmazdır. Bununla belə, müxalifətdə belə parçalanmaların baş verməsinin hazırkı şəraitdə qarşısını almaq da mümkün deyil. Çünki uzun illərdən bəri yığılıb qalmış intriqalar, dedi-qodular birgə addımlamağa, konkret məqsədlər uğrunda mübarizə aparmağa imkan vermir. Bu baxımdan demək olar ki, yaxın günlərdə AXCP, Müsavat kimi dağıdıcı fəaliyyət yolu seçən partiyalar növbəti dəfə parçalanacaq və ya hansısa partiyaya birləşəcəklər.Sonda isə onu qeyd etmək olar ki, Azərbaycanın inkişaf tarixinin 30 illiyi dönəmində təkcə dəyişməyən ünsür dağıdıcı müxalifətdir. Səbəb də, onların xarici qüvvələrdən maddi və mənəvi baxımdan asılı olmaları və öz ağıllarına uyğun siyasət aparmamalarıdır. Belə anormal müxalifət təbii ki, məhvə məhkumdur, necə ki, artıq bunun nəticələri görünməkdədir.

sia.az

Digər xəbərlər