Siyasət

  • 3 637

YAP Qaradağ rayon təşkilatının nümayəndələri şəhid ailələri ilə görüşüb

image

YAP Qaradağ rayon təşkilatının nümayəndələri şəhid ailələrini və Vətən Müharibəsinin qazilərini mütəmadi ziyarət edir. Partiya fəalları Qızıldaş qəsəbəsi, Şonqar yaşayış massivində Vətən müharibəsinin ilk günündən ağır döyüşlərdə iştirak etməklə şəhidlik zirvəsinə yüksələn Ağamirzə Gülmalıyevin doğum günü ilə bağlı məzarını ailə üzvləri ilə birlikdə ziyarət ediblər.YAP rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Qələbəyə imza atmaqla yalnız işğal altındakı torpaqlarımızı azad etmədi, həmçinin regionu, dünyanı terror və faşizm təhlükəsindən xilas etdi: "Zəfər qələbəsinin qazanılmasında Sizin oğullarınızın və onların cəbhə yoldaşlarının böyük xidmətləri xalqımız tərəfindən dain yüksək qiymətləndiriləcək. Məhz onların qəhrəmanılığı nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən hamımızın qəhrəmanına çevrilən Ağamirzə Gülmalıyevin "Vətən Uğrunda", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilməsi hər birimizi qürurlandırır".Sonra Qızıldaş qəsəbəsində şəhidlərin məzarları ziyarət olunub. Millət vəkili şəhid ailələri ilə keçirilən görüşdə onların qayğı və problemləri ilə maraqlanıb.Deputat Aydın Hüseynov şəhid ailələrinin və qazilərin daim dövlətin qayğısı ilə əhatə olunduqlarını, cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərimizin müalicəsini diqqətdə saxladıqlarını, onların problemlərinin həlli üçün bütün zəruri addımların atıldığını bildirib.Şəhid ailələri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və təşəkkürlərini vurğulayıblar.

sia.az

Digər xəbərlər