Siyasət

  • 3 721

Putin Paşinyan görüşünün pərdəarxası - ŞƏRH ÖZƏL

image

“Paşinyanın Putinlə görüşündə nəzərə çarpan bir sıra məqamlar var. Bunlardan da ən əsası həmin görüşdə 10 noyabr bəyanatının şərtlərinə əməl olunmaması ilə bağlı Paşinyana tutulan irad idi. Aydın məsələdir ki, kommunikasiyaların açılması artıq Ermənistandan asılıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Siyasi şərhçi bildirib ki, Ermənistan bu məsələdə öz xoşniyyətini nümayiş etdirməlidir: “Bu həm Ermənistanın, həm Rusiyanın, həm Türkiyənin, həm də Azərbaycanın maraqlarındadır. Putin bunu yaxşı başa düşdüyü üçün birmənalı şəkildə bu istiqamətdə Paşinyanla görünür söhbət edib”.F.Sadıqov vurğulayıb ki, digər tərəfdən seçkiqabağı dövrdə Paşinyana işarə edilib ki, sən Rusiyaya loyal olmalısan və əgər seçkilərdə bizim dəstəyimizi almaq, qələbə çalmaq istəyirsənsə üzünü bizə çevir: “Avropanı, NATO-nu unut. Bir neçə gün əvvəl Koçaryanın Rusiya televiziya kanallarında çıxışları da təsadüfi deyil. Bütün bunlar Paşinyana işarədir. Bununla da onlar Paşinyana açıq mesaj verirlər ki, əgər sən loyal olmasan alternativin var”.

sia.az

Digər xəbərlər