Siyasət

  • 4 231

“Ermənistan Rusiyadan tam asıllı ölkədir” ÖZƏL-MÜNASİBƏT

image

“Rusiya prezidenti Vladimir Putinin əvvəl Koçaryanı, sonra da Paşinyanı Moskvaya dəvət etməsində məqsədi 20 iyunda keçiriləcək seçkilərdə kimə dəstək verəcəklərini müəyyənləşdirilməsi üçün test aparıldığını düşünürəm. Koçaryanı Vladimir Poznerin verlişində ORT kanalında sual-cavab etdirərək əgər baş nazir seçilərsə onun tutacağı dəst-xətti hansı istiqamətdə olacağının öyrənilməsi xarakteri daşıyır. Müsahibədən məlum olur ki, Koçaryanın məqsədi düşmənçilik meyllərdən əl çəkməmək, yüksək səviyyədə imzalnmış üçtərəfli bəyanatın icrasına mane olmaq və Türkiyə ilə sərhədlərin açılmasına yol verməməkdir”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, burda bir nəticə çıxarmaq olar ki, Koçaryan testdən keçə bilmədi. Koçaryanın bu planları Rusiyanın regiondakı siyasətinə ziddir və ona görə də, prezident Putin Paşinyanı qəbul edərək onun xahişlərini dinlədi. Prezident Putinlə baş nazir Paşinyan arasında baş tutan görüşündən bir nəticə çıxarmaq olar ki, qarşıdan gələn parlament seçkilərində Rusiya Paşinyanın yenidən seçilməsinə dəstək verəcəkdir: “Çünki dövlət başçıları tərəfindən imzalanmış üçtərfli bəyanat Paşinyanın hakimiyyətdə olmasıyla icra olunacaqdır və Rusiya bu bəyanatın bütün maddələrin həyata keçirilməsinə zəmanətdir. Bu, Qarabağın erməni silahlılarından təmizlənməsi, kommunikasiyaların açılması, regionda dayanıqlı və uzunmüddətli sülhün əldə olunmasıdır. Ona görə də, seçki qabağı kompaniyasının effektiv aparılması üçün görüşdə Paşinyanın xahiş etdiyi bəzi məsələlərin həllinə də Rusiya dəstək verəcəkdir. Həm də görüşdə Ermənistandakı əsas kapitalının 40% -dən çoxunun Rusiyanın olduğunun xatırlaması da gələcəkdə yenidən seçiləndən sonra Paşinyanın regionda əməkdaşlıq mühütinin yaradılmasına və inkişafına töhfə verməli olduğunu göstərir. Ermənistan Rusiyadan tam asıllı ölkədir. Bu ölkənin müstəqil siyasəti yoxdur. Ona görə də, Putin seçki qabağı Paşinyanı dəvət etməklə yenidən hakimiyyətə qayıdandan sonra müəyyənləşdirəcəyi siyasəi kursunun istiqamətlərini Rusiyanın istəyi ilə olmalı olduğunun təsdiqini almışdır”.

sia.az

Digər xəbərlər