İlham Əliyev: Nüfuzlu siyasi lider, mahir diplomat, müzəffər Ali Baş Komandan

Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 3 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakteizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-itisadi, hüquq-məhkəımə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Bu xüsusda xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Elə bir lider ki, sözü və əməli üst-üstə düşsün. Belə liderləri tarixə bəxş edən xalqlar və dövlətlər böyük, əzəmətli və bəxtəvərdir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış liderlər isə xoşbəxtdir. Məsələyə bu konteksdə yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı öna görə cənab prezidenti sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. 2018-ci il 11 aprel prezident seçkilərindən sonra bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya meridianlarında daha ucadan eşidilməkdədir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proselərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, proflaktik, adrıcıl və sistemli qərarqəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz. Bu həqiqət bütün dünya dövlətlərini öz əsarətinə almış COVİD-19 pandemiyası ilə qlobal mübarizə şəraitində tam çılpağlığı ilə özünü biruzə verdi. Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər sırasındaır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır.
Prezident Ilham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, may ayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas qrupunun videoformatda keçirilən Zirvə görüşləri məhz milli, regional və qlobal səviyyələrdə pandemiyaya qarşı səylərin birləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi məsələlərini özündə ehtiva etmişdir. Sonuncu tədbirdə dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə-COVİD-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən unukal təşəbbüslə-BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etdi. Cənab prezidentin bu təşəbbüsü ötən ilin may ayında Nyu-Yorkda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunda müzakirə olunmuş, yekdilliklə dəstəklənmiş və Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi qərara alınmışdır. Bunun ardınca möhtərəm Prezidentimiz İlham Əliyev mayın 13-də Qoşulmama Hərəkatının sədri olaraq BMT Baş katibinə müraciət etmişdir. Həmin müraciət əsasında BMT Baş katibi təşkilatın Nizamnaməsinin 20-ci maddəsindən çıxış edərək mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyanın çağırılması məqsədilə üzv dövlətlərə müraciət etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, BMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən 3 halda təşkilatın Baş Məclisinin xüsusi sessiyası çağrıla bilər. Birincisi, bunu BMT Təhlükəsizlik Şürası daimi üzvləri tələb etməlidir, ikincisi, BMT Baş Məclisinin mütləq əksəriyət üzvləri bu tələbdə israrlı olmalıdır və nəhayət, BMT-nin üzvü olan istənilən dövlətin təşəbbüsü qurumun əksəriyyət dövlətləri tərəfindən müdafiə olunduqda haqqında bəhs olunan xüsusi sessiyanın cağrılması mümkün olur. Prosedur qaydalarına əsasən, bu müraciətin baxılma müddəti 30 gündür. Həmin müddət Azərbaycanın təşəbbüsü ilə bağlı məsələdə iyunun 27-də başa çatmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyəvin bu təşəbbüsünü BMT Baş Məclisinin 130-dan çox üzvü birmənalı olaraq dəstəkləmişdir. Həmin dövlətlər sırasında Qoşulmama Hərəkatının 120 üzvü ilə yanaşı, Avropa İttifaqının, Asiyanın, Afrikanın və latın Amerikasının da aparıcı dövlətləri vardır. Bu unukal təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı Ermənistan olmuşdur. Bununla da Ermənistan dövləti öz mahiyyətini ortaya qoymuş və dünya miqayasında özünü rüsvay etmişdir. Əslidə faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir “psevdodövlət”in belə davranışı təəccüb doğurmur. Deməli, Ermənistan dünyanın yeganə ölkəsidir ki, COVİD-19-un yanında yer aldı. Onun müttəfiqi kimi çıxış etdi. Ermənistanın bu antibəşəri davranışına postpandemiya dövründə siyasi və hüquqi qiymət verilməsi məsələsi də olduqca vacibdir
Burada bir məqamın da üzərində xüsusi olaraq dayanmağa dəyər. Prezident İlham Əliyevin beynəlxalq rezonansa səbəb olmuş təşəbbüsü bir daha təsdiqlədi ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, lakin onun sözünün mənası və çəkisi böyükdür. Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyüklüyünü şərtləndirən həledici amil onun liderinin-Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhtid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz simasını nümayiş etdirir və bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətllər və onların liderləri üçün bir nümunədir. Milyonları ölümlə hədələyən və bunu icra edən qlobaı pandemiya şəraitində mütləq əksəriyyət insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehliyi olan dövlətlər, yəni BMT TŞ-nın daimi üzvləri birlikdə, ya da əlahiddə olaraq bu ümumi bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi məsuliyyətini üzərilərinə götürəcək və BMT Baş Məclisini xüsusi sesiyasını cağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT TŞ-nın heç bir daimi üzvü çıxış etmədi. Bu təşəbbüsü dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti irəli sürmədi. Bu təşəbbüslə BMT TŞ-nın 2 il qeyri-daimi üzvü olmuş, 2 dəfə dünyanın ən böyük və universal təşklatının TŞ-na sədrlik etmiş Azərbaycan Respublikası və onu rəhbəri cənab İlham Əliyev çıxış etmişdir. Əslində cənab Prezident bu unikal addımı ilə həm də BMT-nın nüfuzunun qaldırılamsı mənafeyinə xidmət edən bir davaranış ortaya qoymuşdur.
Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, bu məqsədlə dünya miqyasında birliyin, həmrəyliyin və məsuliyyətin gücləndirilməsinə hədəflənmiş təşəbbüsünün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənməsi bir daha göstərdi ki, Azərbayacan dövlətinin və onun lideri cənab İlham Əliyevin nüfuzu və reytinqi olduqca yüksəkdir. Azərbaycan prezidenti qlobal baxışlı lider kimi qıbul olunur.
“Əsrin müharibəsi” hesab edilən COVİD-19 pandemiyasına qarşı mübarizə məsələlərində dövlətlərin, xalqların və liderlərin hansı mövqedə dayandıqlarının geniş müzakirə məsələsinə çevriləcəyi və müvafiq qiymətləndirmələrin aparılacağı labüd görünür. Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Istisnasız söyləmək olar ki, həmin müzakirələrin nəticəsi olaraq bütün bütün beynəlxalq ictimaiyyət etiraf edəcəkdir ki, pandemiyadan qlobal qurtuluşun əldə edilməsi naminə beynəlxalq səyləri bir yumriq kimi birəşdirən dövlət Azərbaycan Respublikası, lider isə Prezident İlham Əliyevdir. Həmin səylər sayəsində Pandemiyaya qarşı dünya dövlətlərini iqtisadi, sosial, humanitar və xüsusilə də tibbi sahələrdə əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsi və bunun nəticəsi olaraq bəşəriyyətin intizarla gözlədiyi COVİD-19 əleyhinə peyvəndin əldə edilməsi strateji əhəmiyyətli məsələyə çevrilmişdir. Erni zamanda həmin peyvəndə hər bir dünya dövlətinin əlçatanlığının təmi olunması da kifayət qədər aktuallıq kəsb edən məsələdir. Bu reallıqda dövlətlərin pandemiya dövründə belə bir birinə qarşı geosiyasi ambisiyalardan əl çəkməməsi, sərhədlərin bağlanmasından belə iqtisadi təzyiq elementi kimi istifadə etnəsi acınacaqlı haldır. Heç şübhəsiz, bütün bu və digər olduqca aktual məsələlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 3 dekabr tarixində reallaşdırılan BMT Baş Məclisinin xüsusi sessiyasının gündəliyini müəyyən etmişdir.
Yuxarıda qeyd olunan istiqamətlər üzrə dövlət başçısının rəhbərliyi altında atılan irimiqyaslı adımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, peşəkarlığına, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarına dilə gətirir, öz rəhbərləri ilə fəxr və qurur hissi keçirdiklərini vurğulayırlar. Bu məktubların letytmotivini təşkil edən əsas ideya odur ki, cənab İlham Əliyev öz güc mənbəyi olan xalqının hər bir nümayəndəsinin prezidenti olduğunu 18 ildir ki, hər gün, hər saat, hər saniyə konkret əməli addımları ilə sübut edir, xüsusilə pandemiya dövründə hər bir azərbaycanlının sağlamlığı və həyatını hifz etməyi, əhalinin sosial müdafiəsini təmin etməyi, paralel olaraq iqtisadi fəallığı həyata keşirməyi öz fəaliyyətinin bir nömrəli vəzifəsi kimi müəyyən edib və bu istiqamətdə mərhələli şəkildə kompleks tədbirlər həyata keçirir.
Eyni məntiqlə pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikro sahibkarlara, yəni təxminən 600 min nəfərə dövlət tərəfindən 644 milyon manata qədər ciddi maliyyə dəstəyi göstərilmişdir. 2021-ci ilin dövlət büdcəsində isə 261 milyon manat nəzərdə tutulmuşdur. Pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması üçün 2,5 milyard manat vəsait xərclənmişdir. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə 4 dəfə 190 manat birdəfəlik ödəniş edilmişdir. Bu qəbildən xərclər 450 milyon manata bərabər olmuşdur.
Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Təsadüfi deyildir ki. 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 % indeksiya olunaraq artırılmışdır. Orta pensiyanın məbləği 13% artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13% artaraq 330 manata çatmışdır. Bütövlükdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20% artmışdır. Ölkəmizdə ötən il ərzində Prezident təqaüdləri 25%, sosial müavinətlər isə 15% artmışdır. Ümumən, bu ödənişlər 2 milyondan çox vətəndaşı əhatə etmişdir. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qorumuşdur.
Dövlət başçısının müəyyən etdiyi sosial yönümlü siyasi kursa uyğun olaraq 2020-ci ildə 77 min ailəyə, yəni 322 min nəfərə ünvanlı sosial yardım göstərilmişdir. Bu göstərici 2019-cu il ilə müqayisədə 19 min nəfər çoxdur. Orta aylıq ödənişin məbləği 240 manat təşkil etmişdir.
Xüsusi həssas kateqoriyadan olan insanlar-şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları Prezident İlham Əliyev böyük diqqət və qayğısı ilə əhatə olunmuşdurlar. Belə ki, cənab Prezidentin 2020-ci il 31 dekabr tarixli sərəncamı ilə həmin tarixdən etibarən şəhid ailələrinin təqaüdü 500 manata çatdırılmışdır. Müharibə əlillərinə verilən təqaüdlərin məbləği də artırılmışdır. I qrup müharibə əlillərinə 400 manat, II qrup müharibə əlillərinə 350 manat, III qrup müharibə əlillərinə isə 300 manat məbləğində təqaüdlər müəyyən edilmişdir. Milli qəhrəmanların təqaüdü 1800 manata, Vətən müharibəsi qəhrəmanlarının təqaüdü isə 2000 manata yüksəldilmişdir. Beləliklə, təqaüdlərin artırılması 100 minədək insanı əhatə etmişdir.
2020-ci ildə 1500 şəhid ailəsi və müharibə əlili mənzil və evlərlə təmin olunmuşdur. İndiyədək bu kateqoriyadan olan insanlara 9 mindən çox mənzil və evlər verilmişdir. 2021-ci ildə isə bu göstəricinin əvvəlki illə müqayisədə 2 dəfə artırılaraq 3000 minə çatdırılması planlaşdırılır.
Ötən il ərzində Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq məşğulluq proqramları çərçivəsində 100 min nəfər işlə təmin olunmuşdur. 12 min ailə isə özünüməşğulluq proqramlarına cəlb edilmişdir. 2021-ci il ərzində isə 16 min ailənin müvafiq proqramlara cəlb olunması planlaşdırılır.
İctimai işlər proqramına gəldikdə isə, ötən il 38 min daimi, 50 min ikiaylıq müvəqqəti iş yerləri yaradılmışdır. Cari ildən ictimai iş yerləri də DOST İŞ Mərkəzləri vasitəsilə təmin olunacaqdır.
Xalqının qürür mənbəyinə çevrilmiş Prezident İlham Əliyevin müəllifi olduğu dayanıqlı inkişaf siyasətinin təntənəsi təkcə Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində deyil, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olunmuşdur. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Bu tarxi zəfərin digər mühüm nəticələri də vardır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında yekun nitqində qeyd etdiyi kimi, “müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.” “Zəngəzur dəhlizi” məsələsinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev cari ilin 31 mart tarixində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə bir daha vurğulamışdır ki, “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün.”
“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”,-deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Olkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. 2003-cü ildən 2018-ci ilədək Azərbaycanın müdafiə büdcəsi 15 dəfə artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 2020-ci ildə bu göstərici 1,9 milyard dollar təşkil etmişdir. 2021-ci ildə isə müdafiə xərcləri artaraq 2.7 milyard dollara yüksəlmişdir. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 % və ondan çox olan 10 dövlət sırasında yer almışdır. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olunmuşdur. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə (78) malik olmuşdur. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.
Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividentlər gətirmişdir.
Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilmişdir. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur. “Yenilməz” erməni ordusunun gücü isə yalnız əliyalın dinc insanlara çatır. Vətən müharibəsi dövründə düşmən mülki əhaliyə, dövlət əmlakına, infrastruktura, sahibkarlıq obyektlərinə ciddi ziyan vurmuşdur. Bu zərərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi məqsədilə Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Dövlət komissiyası yaradılmışdır. 11 şəhər və rayonda 13 işçi qrupu yaradılmışdır. Bu işlərə 200-dək məsul şəxs cəlb olunmuşdur. 10300-dən çox obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. İlkin hesablamalara görə vətəndaşların əmlakına dəyən ziyan 63, 6 milyon manat təşkil etmişdir. Dövlət əmlakına ( yol, elektrik, qaz, rabitə, su xətləri və digər infrastruktur obyektlər) vurulan ziyan isə 27,4 milyon manata bərabər olmuşdur. 9 mindən artıq evə ziyan dəymişdir. Beləliklə, Ermənistanın “yenilməz” ordusunun dinc əhaliyə və dövlətə məxsus əmlaka vurduğu ziyan hələ ki, 91 milyon manata bərabərdir.
Onu da qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması işlərinə 2,2 milyard manat vəsait ayrılmışdır. Həmin işlərin mərkəzləşmiş qaydada həlli üçün Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Əlaqələndirmə Qərargahı (ƏQ) yaradılmşdır. ƏQ-nın tərkibində 55 dövləqt qurumunu, təmsil edən 160 nəfərlik 16 işçi qrupu fəaliyyət göstərir. ƏQ artıq Strateji Fəaliyyət Planını (SFP) hazırlamışdır. SFP əsasında Tədbirlər Planı da hazırlanmışdır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması işlərinin konseptual əsasları da müəyyən edilmişdir. 4 mərhələdə fəaliyyət nəzərdə tutulmuşdur: İdarəetmə və təhlükəsizlik; infrastruktur məsələlərinin həlli; sosial xidmətlər; iqtisadiyyatın yenidən qurulması və inkişafı.
Yeni reallıqda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bir nömrəli məsələyə çevrilmişdir. Düşmən tərəf son 30 il ərzində işğal altında saxladığı torpaqlarımızı kütləvi şəkildə minalamışdır. Bunun nəticəsində müharibə başa çatdıqdan sonra 20 nəfər hərbçimiz və mülki şəxs minaya düşüb həlak olmuşdur. 90 nəfərə yaxın soydaşımız mina partlaması nəticəsində ağır xəsarət almışdır. Ermənistanın siyasi-hərbi rəhbərliyi hələ də minaladığı ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Beləliklə, 10 noyabr üçtərəfli bəyanatı ilə müharibəyə son qoyulsa da. Ermənistanın Azərbaycana qarşı “mina müharibəsi” davam etməkdədir. Bu isə beynəlaxaq hüquq norma və prinsiplərinə qarşı Ermənistanın həqarətli davaranışının növbəti bariz nümunəsidir. Birbaşa müharibə cinayətidir.
Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edtmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə-Azərbaycan xalqına qaytaramışdır.
Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Elman Nəsirov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü,
siyasi elmlər doktoru, professor


yap.org.az