Siyasət

  • 2 613

YAP Zərdab rayon təşkilatının fəalları şəhid məzarlarını ziyarət ediblər

image

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının fəal üzvləri, Zərdab rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin nümayəndələri Aprel döyüşlərinin qəhrəman şəhidi, gizir Nurlan Abdullazadənin və Birinci Qarabağ döyüşlərində şəhid olmuş Namiq Məmmədovun, Kamran Məmmədovun və Məhəmməd İsrfilovun məzarlarını ziyarət etmişlər. Ziyarət edənlər şəhidlərin məzarına gül-çiçək dəstələri düzərək ruhuna dualar oxumuşlar.Sonra şəhid Nurlan Abdullazadənin ailəsi ilə görüş keçirilmişdir. YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova torpaqlarımız uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını qeyd etmişdir. Hərbi əməliyyatların bütün dünyaya Azərbaycan Ordusunun gücünün, qələbə əzminin daha bir nümayişi olduğunu vurğulamışdır. Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldı, Ali Baş Komandanın, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, qəhrəman Azərbaycan xalqının qətiyyətini, gücünü, qüdrətini nümayiş etdirdi. Şəhidlərimizi hörmətlə anır, ruhları qarşısında baş əyirik.Aprel şəhidi Nurlan Abdullazadənin ailəsinə ərzaq bağlaması təqdim edilmişdir.

sia.az

Digər xəbərlər