Siyasət

  • 3 240

Ermənistana güzəştə gedilməməlidirmi? ANALİTİK+AKTUAL

image

Qarabağımız separatçılardan, quldur rejimdən, qanunsuz silahlılardan tam şəkildə təmizlənməmiş heç bir "barter"dən söhbət gedə bilməz!

Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsində 3000-dən çox hərbi və mülki şəxs itkin düşüb və söz yox ki, Ermənistan tərəfi əlinə düşən hər imkanda özünün diversant və terrorçularını “hərbi əsir” kimi təqdim etməkdənsə, əslində, bunun izahatını və cavabını verməlidir.O da sirr deyil ki, Dilqəm və Şahbaz 7 ilə yaxın dövrdə diversant və terrorçu ittihamı ilə girov saxlanıldı, üstəlik, min-bir əziyyətə düçar olunan vətəndaşlarımız bu illər ərzində, demək olar ki, hər gün erməni vəhşiliyi ilə üzləşiblər. Etiraf edək ki, əgər müharibə olmasaydı və yaxud, Vətən müharibəsi bizim lehimizə nəticələnməsəydi, onlar hələ də orada saxlanacaqdılar. Bu da son deyil...
Ermənilər də yaxşı bilirlər ki, onların tələbləri yersizdir
Bəllidir ki, işğaldan azad olunmuş ərazilərimizdə yüz minlərlə piyada əleyhinə minalar basdırılıb və indi həmin ərazilərin təmizlənməsi uzun müddət vaxt tələb edir. Çünki Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir, yaxud saxta xəritələr verməklə necə deyərlər, çulunu sudan quru çıxarmağa çalışır. İnsanlarımızın azad olunmuş torpaqlarda minalara düşərək yaralanmaları, həyatlarını itirmələri isə nədənsə bir sıra xarici təşkilatların etinasızlıqları ilə müşahdə olunur. Ermənistan tərəfi bütün bunların müqabilində həyasızcasına 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarına göndərdikləri terrorçularını “hərbi əsir” kimi geri tələb edir. Bəs Azərbaycan belə olanda hansı addımlara getməlidir? Məlumdur ki, müvafiq qurumlarımız ermənilərin bu iddialarını rədd edir və cavablarını verirlər. Ermənilər də yaxşı bilirlər ki, onların tələbləri yersizdir. Lakin...
Güclü və qüdrətli Azərbaycan dövlətinin öz ərazilərində antiterror əməliyyatları aparmaq şansı daha da çoxalmaqdadır
Lakin Azərbaycan öz qətiyyətini davam etdirməklə, Cenevrə konvensiyasından yola çıxaraq, mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozulmasını əsas gətirərək, minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verilməsi məsələsində Ermənistana maksimum şəkildə təzyiqlərin olması üçün bütün vasitələrdən istifadə etməlidir və edir də. Təkcə ötən həftə Ermənistanda itkin düşmüş əsgər valideynlərinin müdafiə nazirliyinin qarşısında kütləvi etiraz aksiyaları keçirmələri də belə nəticəyə gəlməyə zəmin yaradır ki, düşmən ölkə bir daha dərindən düşünməli və doğru olan addımını atmalıdır.Xatırlayırsınız, amerikalı jurnalist Patrik Lankaster Ermənistanda MN binasının önündə övladlarının Qarabağa göndərilməsinə etiraz edən valideynlərdən müsahibə götürəndə, onlar övladlarının terrorçu damğası ilə Azərbaycanda tutulmasını istəmədiklərini bildirdilər. Məhz bu baxımdan, əgər həmin ərəfələrdə analoji şəkildə davaranmasaydıq onlar övladlarının terrorçu yox, qəhrəman olduğunu zənn edəcəkdilər. Hər halda, Qarabağımız separatçılardan, quldur rejimdən, qanunsuz silahlılardan tam şəkildə təmizlənməmiş heç bir "barter"dən söhbət gedə bilməz və erməni tərəfi bu reallığı dərk etməlidir. Əks halda, güclü və qüdrətli Azərbaycan dövlətinin öz ərazilərində antiterror əməliyyatları aparmaq şansı daha da çoxalmaqdadır.

sia.az

Digər xəbərlər