Siyasət

  • 3 998

Həmid Pənahov: “11 aprel - Azərbaycan xalqı növbəti dəfə də doğru və müdrik seçim etdi”

image

“Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qarşıya məqsədyönlü və düzgün hədəflər qoyulub və onlara nail olunub. 2003-cü ildə dövlətçiliyimiz üçün tarixi bir məqamda xalq öz müdrik seçimini etdi və cənab İlham Əliyev xalqın ona bu inamını, etimadını tez bir zamanda daha da möhkəmləndirdi”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov deyib.“Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 17 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından «Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 17 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır”,-deyən H.Pənahov onu da vurğulayıb ki, bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu: «Azərbaycan xalqı dostu düşməndən, halalı haramdan, yaxşını pisdən ayırmağı bacaran, seçkilər keçirməkdə kifayət qədər təcrübəsi olan müdrik xalqdır, onu bəlağətli çıxışlarla, boş vədlərlə aldatmaq çətindir. Bu günə kimi bütün seçkilərdə xalqımız düzgün seçim edib. Xalq öz qəlbinin hökmü ilə İlham Əliyev cənablarına səs verməklə, sabitliyə, tərəqqiyə, ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunun davam etdirilməsinə səs verdi. Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevi sözü ilə əməli bir olan, bütün fəaliyyətini Vətənimizin inkişafına, tərəqqisinə, çiçəklənməsinə, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, insanların həyat səviyyəsinin daim yüksəldilməsinə, işsizliyin və yoxsulluğun minimuma endirilməsinə, ölkəmizin bütün dünyada müsbət imicinin formalaşdırılmasına yönəldən və bu sahələrdə çox böyük uğurlar qazanan həqiqi lider kimi tanıyır”.H.Pənahov onu da söylədi ki, son 17 ildə həyatımızın, demək olar ki, elə bir sahəsi yoxdur ki, orada qlobal müsbət dəyişikliklər baş verməsin, çox böyük uğurlara imza atılmasın. Bütün bunları xalq görür və yüksək qiymətləndirir: “Fikrimizin təsdiqi kimi bəzi faktlara diqqət yetirək. Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son 17 illik tarixi bilavasitə Azərbaycan Respublikasının Prezidenti, hazırda dünya siyasi liderləri sırasında intellektual potensialına görə xüsusi ilə fərqlənən, müasir imicli siyasi xadim kimi böyük nüfuza malik olan cənab İlham Əliyevin adı ilə bağlıdır. Ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının birbaşa ideya müəllifi olduğu bir sıra sosial-iqtisadi mahiyyətli dövlət proqramlarının qəbul edilməsi və onlarının icrası bu istiqamətdə atılmış strateji addımlar kimi dəyərləndirilməlidir. Son 17 il ərzində bu yöndə respublikamızın həyatında qlobal mahiyyət kəsb edən 10-dək dövlət proqramları qəbul edilmiş və onlar çox böyük uğurla reallaşdırılmışdır. Son 17 il ərzində 3100-dən yuxarı məktəb, 650-dən çox tibb müəssisəsi tikilmiş və yuxad təmir edilmiş, 45-ə yaxın olimpiya idman kompleksləri inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Bütün bu işlər dövlət büdcəsindən ayrılmış vəsaitin hesabına həyata keçirilir.Son 200 ildə torpaqları əlindən alınan, parçalanan Azərbaycan dövlət olaraq İlham Əliyevin rəhbərliyi altında 2 əsrdən bəri ilk dəfədir ki, torpaqlarını işğaldan azad etdi. Ölkəyə rəhbərlik etdiyi 17 ildə qazanılan uğurlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq “İrəli!” əmri əsasında bütün qüvvə və bacarığını səfərbər edən Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində xalqımızın milli qüruru özünə qayıtdı. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu bu gün döyüş meydanında öz sözünü dedi və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Zəfər tarixini yazan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müzəffər Ali Baş Komandan kimi adını əbədi olaraq tarixə yazdı”.“Son zamanlar bütün xalq şahidi olur ki, cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir”,-deyən Pəmid Hənahov bildirib ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz tezliklə yenidən qurulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ cənab Prezidentin dediyi kimi, əsl cənnət məkanına çevriləcək.

sia.az

Digər xəbərlər