Siyasət

  • 3 271

YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələri ilə görüşləri davam etdirir

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının fəalları rayonun Zəyəm qəsəbəsindən olan 2016-cı ilin Aprel döyüşləri iştirakçısı, Vətən müharibəsi zamanı şəhid olmuş kapitan İsgəndərov Arzu Seymur oğlunun böyüyüb boya çatdığı evdə onun ailə üzvləri və Zəyəm-Cırdaxan kəndində şəhid Nərimanzadə Ruslan İlqar oğlunun, Hacıyev İsrayıl Səməd oğlunun, Tatarlı kəndində şəhid İbrahimzadə Seyhun Rafiq oğlunun ailə üzvləri ilə görüşüblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə bu qəbildən olan insanların həyat şəraitinin və güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.
Sonra F.Vəliyev qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdiyini, Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdıqlarını və bu qəhrəmanlıq dastanı əbədi yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacağnı qeyd edib.
Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

yap.org.az

Digər xəbərlər