"Rusiya bu raketin atılması ilə bağlı cavab verəcəksə..." POLİTOLOQ RƏY VERDİ

“Prezident İlham Əliyevin Hərbi Qənimətlər Parkında "İsgəndər M" raketinin atılması və bunun Ermənistana verilməsi, bu barədə cavab gözlədiklərini qeyd etməsi, təbii ki, Rusiyaya ünvanlanmış mesaj idi. Prezident qeyd etdi ki, raketin atılması ilə bağlı hər şeyi bilirik”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.“Moskvadan cavab verilmədiyinə görə, Rusiyanın uzun illərdi ki, haqqında mif yaratdığı heç bir ölkəyə satmadığı "İsgəndər M" ballistik raketinin qalıqları açıq şəkildə nümayiş etdirildi. Rusiya ümumiyyətlə Ermənistana "İsgəndər M" ballistik raketi verməyib.Bu raketin noyabrın 9-da gecə saatlarında Bakı səmasında vurulan "İsgəndər M" raketi olduğunu istisna etmirəm. Rusiya tərəfi bununla bağlı açıqlama verməyəcək. Ona görə də bu silahın vurulmuş şəkildə qalıqlarını nümayiş etdirilməsi Moskvanın Qarabağda sülhməramli fəaliyyətində öz başınalıqlarına cavabdır.Rusiya bu raketin atılması ilə bağlı cavab verəcəksə, onun sülhməramlı kimi fəaliyyəti sual altına alınacaq. Ümumiyyətlə, bu raketi Ermənistan tərəfindən atılması reallaşsaydı, Prezident açıq şəkildə Yerevanı hədəfə alacaqdı.Rusiyanın Ermənistana verdiyi və ərazilərimizi işğal altında saxlamağa hədəflənmiş ağır silahları, ən nəhayət Azərbaycanı cəzalandırmaq üçün atdığı ballistik"İsgəndər M" raketinin qalıqlarının nümayişi dünyaya mesajdır”-deyə, politoloq fikrini tamamlayıb.

sia.az