Siyasət

  • 4 834

Ölkə iqtisadiyyatımızın müstəqilliyi bir çox uğurun qapısını açdı - Azər Badamov

image

Prezident İlham Əliyev 2003-cü ildə prezident seçiləndə verdiyi vədlərin hamısını artıqlanması ilə yerinə yetirib. Bunu SİA-ya Milli Məclisin deputatı Azər Badamov deyib.Deputat bildirib ki, ən mürəkkəbi və çətini torpaqlarımızın işğaldan azad edilməsi məsələsi idi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbə prezident İlham Əliyevin 17 illik fəaliyyətinin məntiqi nəticəsidir: “Bu qələbənin əldə olunması heç də asan məsələ olmayıb. Demək olar ki, qələbəyə imza atılması üçün bir uzun hazırlıq yolunu keçməyimizə məcbur olduq. Düzdür, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişəni danışıqlar yolu ilə həll etməli idi. Amma münaqişəni danışıqlar yolu ilə həll edilməsi üçün mandat verilmiş həmsədrlərin ikili standartlarla yanaşması, nəinki münaqişəni həll etmədi, hətta münaqişəni dondurmaq üçün var gücü ilə çalışıblar. Prezident İlham Əliyev təbii ki, bu prosesləri yaxşı görürüdü və lazım gələn anda müharibə yolu ilə işğala son qoydurmaq üçün böyük hazırlıq gördü. Birinci növbədə ölkəmizin siyasi sabitliyini möhkəmlədən xalqın milli maraqlarına söykənmiş dövlət siyasəti yürüdülüb. Ölkənin iqtisadi müstəqilliyinin təmin olunması vacib məsələ idi. Çünki biz, heç bir ölkədən və beynəlxalq qurumdan asıllı olmamalıydıq ki, lazım gələn zamanda xarici təsirlərə məruz qalmayaq. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı bir neçə dəfə artdı, ölkəmizin kifayət qədər valyuta ehtiyatları yarandı və biz müxtəlif ölkələrdən ən müasir silahları alaraq silahlı qüvvələrimizi təchiz edə bildik. Silahları aldığımız ölkələrin şaxələndirilməsi müharibə dövründə ordumuzun vaxtında təchizatında hər hansı bir problemi yaşatmadı. Dövlət büdcəsində hərbi xərclər əhəmiyyətli yer tutdu və prezident İlham Əliyev öz çıxışlarında heç vaxt gizlətməyərək açıq şəkildə ordumuzun gücləndirdiyimizi və lazım gələrsə öz gücümüzlə işğala son qoyduracağımızı qeyd edirdi. Təbii ki, beynəlxalq ictimaiyyətə haqq səsimizi çatdırmalıydıq”.A.Badamov vurğulayıb ki, 2003-cü ilə qədər münaqişənin tənzimlənməsində Azərbaycanın ədalətli mövqeyini əks etdirən ancaq BMT TŞ-nın 4 qətnaməsi mövcud idisə, son 17 ildə BMT Baş Assambleyası, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq Şurası, TDƏŞ və digər bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsinin vacibliyi haqqında qərar və qətnamələr qəbul etdi: “Azərbaycan bütün beynəlxalq ictimaiyyəti hüquqi müstəvidə mövqeyimizin ədalətli olduğunu məlumatlandırdı. Məhz 44 günlük Vətən müharibəsi dövründə Minsk Qrupun həmsədr ölkələri BMT-də Azərbaycana qarşı qətnamə qəbul etdirməklə sanksiyalar tətbiq etdirməklə mübarizəmizi dayandırmaq istəyirdilər. Amma prezident İlham Əliyevin qeyd etdiyi kimi haqq işimizi başa çatdırana qədər bizi heç kim dayandıra bilməzdi. Azərbaycanın dünyadakı nüfuzu və dost ölkələrin sayının çox olması bu qətnamənin qəbul edilməsini gündəmdən çıxartdı. Azərbaycanın müzəffər ordusu döyüş meydanında düşməni darmadağın etdi. Yeni açılmış Hərbi Qənimətlər Muzeyində nümayiş etdirilən məhv edilmiş düşmənin hərbi texnikaları Azərbaycan ordusunun gücünü göstərir. Revanşist düşüncəli ermənilər bulvarda açıq səmanın altında nümayiş etdirilən texnikalarını görərək düşünəcəklər ki, əgər yenidən müharibə baş verərsə onların axırı bundan da acınacaqlı olacaqdır. Nümayiş olunan texnikalar qəhrəmanlıq səlnaməmizdir, qızıl hərflərlə yazılmış tariximizdir. Bu tarixi imzanı Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz və xalqımız atıb”.

sia.az

Digər xəbərlər