Siyasət

  • 3 953

"Bu reallığın kökündə İlham Əliyev şəxsiyyəti dayanır" DEPUTAT AÇIQLADI

image

"Ötən gün cənab İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışını etməsi həqiqətən, tarixi anlar idi. Etiraf edək ki, ermənilər bölgəyə köçürüləndən sonra, yəni son iki əsrdə, xüsusən də son 30 ildə biz təəssüf ki, davamlı olaraq qənimət verən tərəf olmuşuq. Çünki qarşımızda da yalnız Ermənistan yox başqa güclər olub. Bu güclər kimlərdir, hamımız bilirik. Təsəvvür edin, ədalətsizlik o həddə çatmışdı ki, Azərbaycanın beynəlxalq hüquqla suveren ərazisi olan torpaqlarını işğal edən, həmin ərazilərdə barbar aktlar reallaşdıran təcavüzkar aşkar surətdə siyasi cəhətdən dəstəklənir, pulsuz silahlandırılır, təcavüzə məruz qalan Azərbaycana isə hətta sanksiyalar tətbiq edilirdi". Bunu SİA-ya millət vəkili Bəhruz Məhərrəmov deyib."Bax belə bir şəraitdə, belə bir mürəkkəb siyasi vəziyyətdə prosesləri Azərbaycanın lehinə dəyişmək, düşməni əzib, məhv edib qalib dövlətə çevrilmək və üstəlik Bakıda işğalçı Ermənistana pulsuz verilən silahları, bu silahı verənlərə göz dağı kimi, qənimət olaraq dünyaya nümayiş etdirmək – heç şübhəsiz tariximizin qızıl səhifəsidir. Biz bu parkın açılışına və dövlət başçısının çıxışına yalnız qan yaddaşı kimi yanaşmamalıyıq. Əlbəttə bura gənclik üçün əyani vəsaitdir, lakin, daha vacibi bu park işğalçıya, təcavüzkara və onun dəstəkçilərinə Azərbaycanın maraqlarına toxunmağa cəhd edəcəyi təqdirdə, yaxud revanş niyyətinə düşəcəyi təqdirdə dəmir yumruğunun təhdidir. Biz Ermənistana da onun havadarlarına da nümayiş etdiririk ki, artıq sizin İkinci Dünya müharibəsindən qalmış tankınız topunuz Azərbaycan üçün təhdid deyil, biz VI nəsil müharibə aparıb qalib gələn ilk dünya dövlətiyik. Bir sözlə, bu park və dövlət başçısının açılışda verdiyi bəyanatlar bölgədə 44 günlük müharibədə formalaşmış yeni hərbi və güc düzəninin, həmçinin, yeni hərbi reallığın rəsmiləşməsi idi və mübağiləsiz deyə bilərik ki, bu reallığın kökündə İlham Əliyev şəxsiyyəti dayanır"-deyə, deputat fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər