Siyasət

  • 3 373

Yol verilən əsas nöqsanlardan biri də satınalmaların düzgün rəsimləşdirilməməsidir - Vüqar Gülməmmədov

image

Dövlət qurumlaına yol verilən əsas nöqsanlardan biri də satınalmaların düzgün rəsimləşdirilməməsidir. SİA-nın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Palatanın illik hesabatını təqdim edərkən deyib.Palata sədri bildirib ki, Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun ilə bağlı hesabatlılığı əhatə edib.V.Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının növbəti il üçün strateji planı tərtib edilib. Palata sədri əlavə edib ki, cari ildə iş planında 50-dən çox nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulub.

sia.az

Digər xəbərlər