PDF Oxu

Siyasət

  • 5 807

"Ermənistanın həyasız əməllərinə göz yummaq olmazdı" MƏQALƏ

image

Vətən o vaxt Vətən olur ki, yolunda can verəni, onu ana kimi qoruyanları olur. İnsana milli və mənəvi qürur verən, anası kimi bağrına basan Vətən hər şeydən, həm amaldan həmişə ucalarda durub. Tarix boyunca Vətənini qoruyanlar, uğrunda şəhid olanlar daima əzizlənib, yaddaşlara həkk olunub, adları əbədiləşdirilib, haqqında dastanlar, roman və şeirlər yazılıb, filmlər çəkilib... Bütün bu qiymətləndirmənin ən böyük və ümdə mənası, vəzifəsi isə yetişməkdə olan gənc nəslə Vətən sevgisini aşılama, onların da öz qəhrəman əcdadları, keçmişləri kimi mübariz ruhda böyüməsinə nail olmaqdır. Müqəddəs Vətəniz Azərbaycan coğrafi baxımdan dünyanın ən əlverişli bir mövqeyində yerləşir. Dünyanın 250-dən çox dövlətindən bütün əlamətlərinə görə seçilir bu can Vətənimiz. Yəni, dünyada ikinci belə bir ölkə tapmaq mümkün deyil ki, həm ərazisində 11 iqlim tipindən 9-u olsun, həm yanında qızıl, şəfalı qumları olan dənizi, ərazisində həm dəmir, qızıl, mis, alunit, cicə, neft, qaz, mineral suları..daha nələr mövcud olsun. Bərəkətli torpaqları bu qədər zəngin təbiətə daha bir gözəllik verir. Kompakt halında olan resurslar öz qəhrəman oğlanları ilə, namuslu, qeyrətli qadınları ilə tandem təşkil edir. Bəli, Azərbaycan məhz belə bir ölkədir. Tarix boyu məhz bu özəllikləri, öz gözəllikləri bu Vətənin başına bəla olmuşdur. İşğalçı dövlətlər üçün əsl yem bazasına, yağlı tikəyə dönmüşdür Vətənimiz. Rusiya, İngiltərə, İran qəsbkarları dəfələrlə ölkəmizi parçalamış, ona təcavüz etmişlər. Bu yurda əsl oğulluq edən Şah İsmayıl Xətai, Cavad xan kimi oğulları olub bu ana yurdun. K. Marksın ifadəsi ilə desək 14 il hakimiyyətdə olub yurdunun tikəyə bölünmüş 14 tikəsini birləşdirən Şah İsmayıl Xətai Azərbaycan (Səfəvilər) dövlətinin ən qüdrətli hökmdarı olmuşdur. 1813-1828- ci illərdə Rusiya və İran arasında bağlanan Gülüstan və Türkmənçay müqaviləsi Ana yurdumuzun kürəyinə saplanan xəncər kimi Vətənimizi ikiyə böldü. Araz çayı ürəyimizə tuşlanan ox kimi bu gün də Azərbaycanın ikiyə parçalanmı rəmzidir. Bütün bunlar azmış kimi 1989-1990-cı illərdə SSRİ-nin süqutu ilə əlaqədar Vətənimiz yeni təcavüzə məruz qaldı. Rus şovinizmi artıq Cənubi Qafqazda öz hökmranlığını itirməmək, Azərbaycan kimi “yağlı tikəni” əldən verməmək üçün öz tulalarını, vandal xislətə malik erməniləri Azərbaycan üzərinə qızışdırdılar. Eyni anda Azərbaycanın daxilində qarşıdurma, hərci-mərclik salmaqla Azərbaycanın dilbər guşəsi olan Qarabağın işğalına rəvac verdilər. Xocalı, Ağdaban soyqırımları, milyona yaxın insanın əli yalın ev-eşiklərini qoyub qaçmağına səbəb oldular. Vəhşi, vandal qəbilə xislətli ermənistan Azərbaycanı mövcud reallığı qəbul etməyə can atırdı. Ümummilli lider, el atası Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə atəşkəs elan olundu. Atəşkəsdən sonra erməni xalqı, onun vəhşi başçıları Azərbaycanın artıq məğlubiyyətləri ilə barışdığını zənn edib, yeni ərazi işğal etmələri haqqındsa sərsəm bəyənatlar vermələri ilə gündəmdə qalmağa çalışırdılar. Nəhayət, müdrik Prezidentimiz İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Qarabağı və ona bitişik işğal olunmuş bütün ərazilərin qaytarılması uğrunda apardığı məqsədyönlü mübarizə özünü doğrultdu. Azərbaycan gənclərinin arasında Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Haşımov kimi qəhrəmanlar yetişdi. Ermənistanın işğalçı siyasəti davam etdikcə Prezidentimizin dünyaya verdiyi mesajlar qulaq ardına vurulurdu.Qarabağ məsələsinin həlli üçün yaradılan ATƏT seyrçi və birtərəfli mövqe tuturdu. Azərbaycan xalqının əsəbləri tarıma çəkilmişdi. Müdrik Prezidentimizin “Qarabağ Azərbaycandır və nida” şüarı ermənirərə açıq mesaj idi. Öz vəhşiliklərini ardıcıl davam etdirən Ermənistanın həyasız əməllərinə göz yummaq olmazdı.Nəhayət 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan, müdrik Prezidentimizin əmri ilə “Dəmir Yumruq” antiterror əməliyyatı başlandı. Bu müharibə artıq Vətən müharibəsi idi. 44 gün cəmi çəkən müharibə Ermənistan Ordusunu çökdürdü. Qarabağ və ona bitişik işğal altında olan ərazilər qaytarıldı. Tarix boyunca işğal olunmuş ərazilərin 27-30 il sonra geri qaytarılması faktı ilk dəfə məhz Azərbaycanın Şanlı Ordusu və onun Ali Baş Komandanı tərəfindən baş verdi. Bu gün Cənubi Qafqazda ən böyük güc məhz Azərbaycan Respublikasıdır. Bu dövlətin bütün təzyiqlər, təhdidlərə baxmadan belə bir gücə çevrilməsi məhz İlham Əliyev şücaəti, qətiyyəti, prinsipallığı, biliyi, sərkərdəlik bacarığı hesabına baş vermişdir. Ermənilkərin Şuşaya atdıqları “İsgəndər M” raketi, Xırdalana, Xızıya atdığı raketlər, Gəncə, Tərtər, Bərdəyə atdığı Smerç tikli raketlər hərbi cinayətin olduğunu xübut edir. Özünü məzlum, əzilmiş, haqqı tapdanmış, dünyanın ən sivil, ən qədim, ən ağıllı xalqı kimi dünyaya təqdim edən erməni vəhşiliyini, onların vəhşi, barbar, vandal tayfa, qəbilə olmasını müdrik Prezidentimiz İlham Əliyev əyani surətdə dünya mediasına, dünya rəhbərlərinə çatdırdı. Hal-hazırda Cənubi Qafqazın gələcəyini planlaşdıran Prezidentimiz bu gün də ali humanistlik nümayiş etdirərək Zəngəzur dəhlizinin açılmasını, Ermənistanın da bu dəhlizdən istifadə edə biləcəyini dilə gətirir. Xəstə ruhlu, xəstə təxəyyülü insanlara müraciət edir. Bəsdir, ağıllanın- deyir. Revanş fikirlərinizlə öz dövlətinizi əbədi silə bilərsiniz-mənasında mesajlar verir. Hərbi Qənimətlər parkında etdiyi çıxışında da bunu aydın ifadə etdi. Boş qalan dəbilqələr erməni analarının övladlarınındır. Bu gün matəm saxlayan, şivən edən erməni analarının. Övladlarınızı Azərbaycana düşmən ruhunda tərbiyə etməsəydiniz bu gün onların boş dəbilqələri nümayiş etdirilməzdi-deyir Prezidentimiz. Ermənistan və Azərbaycan əzəli və əbədi qonşudurlar. Revanş, düşmənçilik Ermənistan kimi dalana dirənmiş dövlətin məhvi deməkdir. Əgər ermənilər ağıılı olsalar, məğlubiyyətlərini qəbul edib, gələcəyini düşünsələr Cənubi Qafqazda əbədi sülhə nail olacağıq. Bunun üçün Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbayan Prezidentinə, Azərbaycan xalqına qardaşlıq dəstəyi belə bir sülhün tezliklə bərqərar olmasından xəbər verir. Dünya siyasətçiləri və liderləri arasında özünə məxsus olan yeri tutmağı bacaran müdrik Prezidentimiz İlham Əliyevin bu fədakarlığı və məğrurluğu, qəhrəmanlığı onu “Tarix yazan sərkərdə” kimi Azərbaycan tarixinin şanlı səhifəsinə yazmışdır. Bu gün bütün Azərbaycan xalqı, gənclər Tarix yazan Prezidentimizin ətrafında sıx birləşir, onu dəstəkləyir, Vətənin müdafisi üçün hər an öz əməli ilə hazır olduqlarını bildirilər. Fikirlərimi Azərbaycanın fəxri İlham Əliyevin bir şüarı ilə bitirmək istərdim. Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Qarabağ Azərbaycandır.

Əliheydər Qayiboğlu (Babayev)
117№- tam orta məktəbin müəllimi, yazıçı-publisit

sia.az

Digər xəbərlər