PDF Oxu

Siyasət

  • 6 006

YAP Suraxanı rayon təşkilatı şəhid anaları ilə görüş keçirib

YAP Suraxanı rayon təşkilatı şəhid anaları ilə görüş keçirib

Suraxanı rayonu ərazisində yaşayan bir qrup şəhid anaları ilə karantin qaydaları çərçivəsində iftar süfrəsi ətrafında görüş keçirilib. İftar süfrəsi Zığ qəsəbəsi sakini olmuş şəhid əsgər İsmayılzadə Məhəmməd Füzuli oğlunun ailəsinin yaşadığı evdə təşkil olunub. Şəhid anası Miranə İsmayılovanın şəhidimizin dəfnindən sonra ağır psixoloji-mənəvi sarsıntılar keçirməsi növbəti görüşün onların evlərində təşkil edilməsinin əsas səbəbi idi. İftar süfrəsi ətrafında şəhid anaları səmimi söhbət edərək dərdlərini bölüşüb, bir-birilərinə bu ağır və çətin günlərdən çıxmaq üçün məsləhətlər veriblər. Evdə yaradılmış şəhidimizin guşəsinə baxan şəhid anaları xatirə şəkili çəkdiriblər. Artıq ikinci dəfə həyata keçirilən şəhid anaları ilə səmimi görüşün məqsədi rayonda yaşayan şəhid analarını bir araya toplayaraq onların ortaq dərdlərini paylaşmaqla yüngülləşdirməkdir. Ən böyük acıları bölüşmək, paylaşmaq ən şəfalı dərmandır. YAP Suraxanı rayon təşkilatı bundan sonra da belə səmimi mühitdə görüşlərin davamlı keçirilməsinin faydalı və əhəmiyyətli olduğunu hesab edir. Şəhid anaları bu formatda keçirilən görüşlərdən sonra özlərini daha yaxşı hiss etdiklərini ifadə edib, bu kimi görüşləri təşkil etdiyi üçün YAP Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildiriblər.

sia.az

Digər xəbərlər