PDF Oxu

Siyasət

  • 3 964

"Qeyri-neft sektorunun inkişafına xidmət edən dövlət təşəbbüsləri" MƏQALƏ

"Qeyri-neft sektorunun inkişafına xidmət edən dövlət təşəbbüsləri" MƏQALƏ

Dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır. Bütün görülən işlər insanlar üçün gözəl şərait yaradır. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Yeni açılan obyektlər rayonların gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir.Möhtərəm Prezidentimiz daim bu məqamı xüsusi qeyd edir ki, mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla görüşlərim bu sahədə çox gözəl bir ünsiyyət forması yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz insanların təklifləri əsasında reallaşıb. Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı bir sıra sosial obyektlərin açılışında iştirakı, həmçinin səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir rayonun timsalında bölgələrimizin bu günü və gələcəyi ilə bağlı söylədiyi fikirlər bir daha bu reallığı təsdiqləyir ki, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir.Aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətərindən biridir. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur. Hacıqabulda iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir. Bu cür yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq.Hacıqabul Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir: “Hər bir zavod, müəssisə, aqropark yeni işləri, sərmayə deməkdir. Bu cür müəssisələrin yaradılmasına səbəb odur ki, dövlət əlverişli sərmayə mühiti formalaşdırıb. Xarici şirkətlər bu gün tərəddüd etmədən Azərbaycanda müxtəlif sahələrə investisiya yatırırlar. Bu da əlbəttə ki, yeni istehsal sahələri, bazarlarda rəqabət, vergi, yeni iş yerləri, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı deməkdir. Hacıqabul Sənaye Məhəlləsində yaradılan şərait, aqroparklar bir daha nümayiş etdirir ki, Azərbaycan postpandemiya dövrünə keçidlə bağlı qətiyyət, iradə nümayiş etdirir. Əlbəttə ki, bütün bu proseslər də zamanında cənab Prezident İlham Əliyev tərəfindən verilmiş qərarlara, qəbul olunmuş proqramlara, imzalanmış sərəncamlara, fərmanlara əsaslanır”.Bölgələrin sosial-iqtisadi inkişafının prioritetliyi pandemiya ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda belə dövlətimizin başçısının rayonlara səfərlərində özünün aydın ifadəsini tapır: “Cənab İlham Əliyev ölkə ictimaiyyəti ilə görüşür, onların qayğı və problemləri ilə maraqlanır, həlli istiqamətində mühüm addımlar atır. O da məlumdur ki, cənab İlham Əliyevin bölgələrə hər bir səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə Tədbirlər Planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Pandemiya şəraitində, eyni zamanda, 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə ölkə ictimaiyyəti cənab İlham Əliyevin həmişə olduğu kimi, yenə də fəaliyyətinin əsas tərkib hissəsi olan rayonlara səfərlərinin şahidi oldu və hər bir səfər yeni sosial obyektlərin açılışı ilə yadda qaldı. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərimizə də mütəmadi səfərlərini gerçəkləşdirən cənab İlham Əliyev bildirir ki, məqsəd buraya qayıdan insanların yüksək həyat şəraitini təmin etmək, quruculuq və abadlıq işlərini daha müasir şəkildə həyata keçirərək, bu əraziləri cənnətməkana çevirməkdir".Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş,həm daxili həm xarici siyasət, 44 gün davam edən və Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar , sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar imkan verir ki, gələcəkdə də Azərbaycan bütün sahələrdə daha yüksək nəticələr əldə etsin.

Məmmədova Nazilə Cəbrayıl qızı
181 nömrəli tam orta məktəbin direktoru

sia.az

Digər xəbərlər