PDF Oxu

Siyasət

  • 5 793

Həmid Pənahov: “Hərbi Qənimətlər Parkı xalqımızın milli ruhunu və dövlətimizin qüdrətini əks etdirən məkandır”

Həmid Pənahov: “Hərbi Qənimətlər Parkı xalqımızın milli ruhunu və dövlətimizin qüdrətini əks etdirən məkandır”

“Ali Baş Komandanımız, Prezident İlham Əliyev müqəddəs qisasımızı aldı və zəfərimizin əyanilik parkını - Hərbi Qənimətlər Parkını yaratdı. Bu tarixi qələbəmizin qürur, zəfər məkanımızdır və hər gələn insan qələbəmizin gücünü, qüdrətini görəcək. Azərbaycan Prezidentimizin qətiyyətlə qeyd etdiyi kimi, Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”. Bu fikirləri YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov SİA-ya açıqlamasında bildirib.H.Pənahov bu parkın ölkəmizdə açılan parklardan fərqlənən park olduğunu bildirib: “Çünki bu park milli qürurumuzun və dövlətiimizin qüdərətini, gücünü, işğalçı Ermənistanın isə sarsıdıcı məğlubiyyətini əks etdirən tarixi məkandır. Azərbaycan əldə etdiyi uğurlarla öyünə bilər. Prezident İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyini bütün tədbirlərdə, o cümlədən beynəlxalq yığıncaqlarda əminliklə bəyan edirdi. Noyabrın 10-dan sonra bunların söz və vəd olmadığı təsdiqləndi. Azərbaycan əsgəri 44 günlük döyüşlərdə düşmən ordusunu darmadağın edib, hərbi texnikasını, silah-sursatını qənimət kimi götürülərək Hərbi Qənimətlər Parkında yerləşdirilib. Heç şübhəsiz, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət erməni vəhşiliyinin əyani təzahürüdür. Ermənistanın ideoloji əsası özlərini mədəni, böyük sivilizasiyaya aid olan xalq, müsəlman Azərbaycanı isə vəhşi ölkə kimi qələmə vermək və beynəlxalq ictimai rəydə adekvat rəy formalaşdırılmasına nail olmaq idi. Ancaq işğal altında olmuş ərazilərin mənzərəsi bunun tam əksini göstərdi”.Vətən müharibəsində Azərbaycan “dəmir yumruğ”unun gücünü işğalçılara, onun havadarlarına, ümumilikdə bütün dünyaya göstərdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 12-də Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə deyib: “Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.H.Pənahov onu da bildirib ki, 44 gün davam edən İkinci Vətən Müharibəsində Ali Baş Komandanımızın “dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimiz işğalçı Ermənistanın qorxaq və fərari əsgərlərini iti qovan kimi qovaraq torpaqlarımızı o murdarlardan təmizlədilər: “Prezident İlham Əliyev cənablarının Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı bildirib ki, bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Çünki bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün tük dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bir sözlə, Hərbi Qənimətlər Parkı Vətən müharibəsində ordumuzun hərbi hazırlıq və diplomatiya siyasətinin düzgün qurulduğunu göstərməklə bərabər, həm də hərbçilərimizin, vətəndaşlarımızın ruh yüksəkliyi ilə düşmənə qarşı «dəmir yumruq» kimi birləşdiyini, qəhrəmanlığını, xalqımızın milli ruhunu və dövlətimizin qüdrətini əks etdirən məkandır. Biz bununla qürur duyuruq”.

sia.az

Digər xəbərlər