PDF Oxu

Siyasət

  • 6 045

Ramiz Şabanov: “Hərbi Qənimətlər Parkının yaradılması tarixi qələbəmizin əbədiləşməsi, ordumuzun gücünün, yenilməzliyinin təcəssümüdür”

Ramiz Şabanov: “Hərbi Qənimətlər Parkının yaradılması tarixi qələbəmizin əbədiləşməsi, ordumuzun gücünün, yenilməzliyinin təcəssümüdür”

“Aprelin 12-də Prezidentimiz İlham Əliyev cənablarının təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkının açılışı tarixi hadisə olmaqla, həm də bu park öz unikallığı ilə yaddaşlarda qalacaq. Prezident İlham Əliyev parkın açılışında dediyi kimi, bu, çox qürurverici idi. Bu parkın açılışı ona görə əhəmiyyətli idi ki, Azərbaycan xalqı əldə etdiyimiz qələbəni canlı görmək imkanı qazandı. Bu, qələbəmizin simvollarından biridir. Bu park həm də Ermənistan üçün mesaj əhəmiyyətli idi. Ermənilər bu parka baxanda özlərinin məğlubiyyətini görürlər. Etnik təmizləmə, soyqırımı siyasətinin sonu məhz belə ağır bədəl ödəməklə nəticələnir. Bu, həm də bütün dünya ermənilərinə mesajdır”. Bu fikirləri YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov SİA-ya açıqlamasında bildirib.R.Şabanov bildirib ki, Hərbi Qənimətlər Parkı qələbəmizin rəmzidir: “Buradakı hərbi qənimətlər onu təsdiq edir ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu düşmən üzərində misli görünməmiş qələbə qazanmışdır. Məğlubiyyətə uğrayan düşmən ordusu hərbi texnikalarını aparmağa belə imkan tapmamışdır. Bu qələbə onu göstərdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir. Məğrur və qalib xalqın müzəffər Ali Baş Komandanı açılış mərasimindəki çıxışı zamanı İkinci Qarabağ müharibəsinin bizim şanlı tariximiz adlandırmışdır. Qeyd etmişdir ki, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşilik deyil, nədir?”R.Şabanov vurğulayıb ki, həqiqətən də, əsl vəhşilərlə döyüşürük. Dövlət başçımız Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda səfərdə olarkən dağıdılmış ərazilərin tezliklə bərpa ediləcəyini bildirmişdi. Artıq quruculuq işlərinə start verilmişdir: “Biz fəxr edirik ki, qalib xalqın vətəndaşlarıyıq. Hər dəfə bu parka gələndə böyük qurur hissi keçirəcəyik. Təkcə biz yox, Azərbaycanı sevənlər, onun qələbəsinə sevinən xarici qonaqlarımız da məmnunluq hissi yaşayacaqlar”.Ramiz Şabanovun sözlərinə görə, ötən dövr ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu, Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir: “İqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilməyən Ermənistan ordusu 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsi ilə nəticələndi. Və bu gün Hərbi Qənimətlər Parkında Ermənistan ordusunun acınacaqlı durumu özünün əksini tapır. Həmçinin, bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Məhz buna görə də, son 17 il ərzində Ali Baş Komandanımız tərəfindən diqqət, qayğının təzahürüdür ki, biz istədiyimizə nail olduq – dünyada görünməyən, 30 illik dədə-baba torpağına olan həsrətə 44 günlük Vətən müharibəsində Müzəffər ordunun Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə ordumuz “Dəmir yumruğ”unu nümayiş etdirdi, Qarabağ Azərbaycanındır! Nidasını qoydu. Hərbi Qənimətlər Parkının yaradılması tarixi qələbəmizin əbədiləşməsi, ordumuzun gücünün, yenilməzliyinin təcəssümüdür”.

sia.az

Digər xəbərlər