Siyasət

  • 2 974

24 aprel - Türk Birliyi Günü: erməni yalanlarına qarşı ən mükəmməl cavab! REAL TƏKLİF

image

Baydenin saxta soyqırımı iddiasını "genosid" kimi ifadə etməsi də heç nəyi dəyişmir və əsla Türk Dünyası bu acı reallıqla barışmayacaq

2021-ci il aprelin 24-ü bəlkə də dünyada ədalət deyilən ifadənin yerdən-yerə vurulduğu gün kimi tarixin qara səhifəsinə yazıldı. Bununla da sübut edildi ki, çoxqütblü dünyada yürüdülən ikili stnadartlar artıq pərdə arxasında deyil, açıq şəkildə tətbiq olunmaqdadır. Xüsusilə, müsəlman dünyasına, əsasən də güc faktoru hesab edilən Türk Dünyasına qarşı başladılan rəsmi Səlib yürüşü qeyd olunan tarixdə məhz ABŞ tərəfindən təsdiqləndi. Saxta erməni soyqırımı iddialarının Amerikanın yeni seçilmiş prezidenti Co Bayden tərəfindən tanınması reallığı bütövlükdə Qərb "dəyərlərinin", eləcə də xristian klubunun irqçilik, ksenofobiya və islamofobiyaya köklənən hücumunun gözlənilən nəticəsidir. İnsanpərvərlik, ədalət, humanizm prisnispləri kimi bəşəri dəyərlər Qərb səibçiləri üçün sadəcə söz yığnağıdır. Bu məsələdə Türk Dünyasına və İslam dünyasına qarşı zərbənin endirilməsi isə artıq düşünməyə vadar edir: bundan sonra necə davranmalı, hansı qərarları qəbul etməli və cavab necə verilməlidir?

Lakin buna qədər zəruri olan cavab addımlarının atılması hər günümüzün, hər saatımızın tələbinə çevrilir

Söz yox ki, tarixi nə qədər saxtalaşdırılsa da onu dəyişmək mümkün deyil. Elə Baydenin saxta soyqırımı iddiasını "genosid" kimi ifadə etməsi də heç nəyi dəyişmir və əsla Türk Dünyası bu acı reallıqla barışmayacaq. Burada yenidən hər hansı tarixi olaylar, faktlar, sübitlar, sənədlər ətrafında deyillmiş, yazılmış fikirləri yenidən ictimai diqqətə çatdırmağa da ehtiyac yoxdur. Çünki bu gün dünyada informasiya mənbələri yüzminlərlə faktları öz yaddaşında saxlayır və əlbəttə ki, "genosid" ifadəsinin yalan olmasını da dəyərli tarixçilərimiz, alimlərimiz sübuta yetirəcəklər. Belə ki, arxivlər yaşayır və onların qaldırılaraq ictimailəşdirilməsi üçün əldə olan bütün imkanlardan maksimu istifadə ediləcək. Lakin buna qədər zəruri olan cavab addımlarının atılması hər günümüzün, hər saatımızın tələbinə çevrilir. Bəs nə etməli..?

İlk növbədə, həm də Turan adlandırılan Türk Dünyasının reallaşdırılması prosesi daha dinamik şəkil almalı, sürətləndirilməlidir. Belə bir həssas dönəmdə dünya türkləri üçün ən vacib məqam da məhz budur. İstər siyasi, istərsə də milli-mənəvi baxış prizmasmızı müəyyən edən ilk addım kimi 24 aprel tarixini Türk Birliyi Günü elan etməklə bizə xoş münasibət bəsləməyən səlibçilərə, Qərb dünyasına qarşı ilk həmləmizi gerçəkləşdirə bilərik. Məhz Türk Birliyi Gününün 24 aprel gününə təyin edilməsi bu rüsvayçılığa qarşı atılacaq möhtəşəm əks-hücum addımı olaraq qiymətləndirilə bilər.

24 aprel - Türk Birliyi Günü bizi gözləyir!

O da məlumdur ki, Türk Dünyasını birləşdirən Türk Şurası artıq mövcuddur və qarşıda dayanan tələbləri Şura tərəfindən həyata keçirməklə bizlərə xoş münasibət bəsləməyən cinahlara ağır zərbə vurmuş olarıq. Belə ki, hər il 24 aprel günündə dünyanın yarıdan çoxunu əhatə edən böyük Türk Dünyası diqqətin özünə cəlb etməklə ABŞ və Qərbin xrtistian klubu qarşısında sərt mövqe nümayiş etdirəcək. Saxta, qondarma və sübutsuz erməni soyqırımının ifşası üçün istər Haaqa İnsan Haqları Məhkəməsində məsələnin qaldırılması prosesinə start verilə, arxivlər açıla bilər ki, bunu da məhz Türk Birliyi Gününü qeydə etməklə həyata keçirmək olar. Beləliklə, qarşıda bizləri daha həssas və böhtanlara, yalanlara qarşı daha sərt mübarizə məqamları gözləyir və bu mübarizə məqamlarında yalan iddialarının yerlə-yeksan olunması üçün sürəkli hərəkətə keçmək vacibliyi artıq qapımızı döyməkdədir. Türk Birliyi Günü bizi gözləyir!

Rövşən RƏSULOV

Digər xəbərlər