Siyasət

  • 2 661

Mustafa Şentop: Azərbaycan və Türkiyə uzun illər Qarabağ məsələsinin diplomatik yolla həllinə səy göstəriblər

image

“İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel müzakirəsinin təşkilində məqsəd Ermənistanın hücumları ilə başlayan 44 günlük müharibə və həmin günlərdə Ermənistanın törətdiyi müharibə cinayətləri barədə həqiqətləri dünyaya çatdırmaqdır. Bir qədər əvvəl ziyarət etdiyimiz fotosərgidə bütün bu cinayətlərin bir daha şahidi olduq.Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel müzakirəsində çıxışı zamanı söyləyib.Ermənistanın beynəlxalq hüquqa məhəl qoymayaraq Qarabağı işğal etdiyini, 30 il müddətində həmin ərazilərin yeraltı və yerüstü sərvətlərinin talan olunduğunu, bir milyona yaxın azərbaycanlının yurd-yuvasından didərgin düşdüyünü xatırladan Türkiyə parlamentinin sədri təəssüf hissi ilə deyib ki, Ermənistanın Qarabağ məsələsinin diplomatik yolla həllini istəməməsinə, erməni liderlərin təxribatçı açıqlamalarına baxmayaraq, Azərbaycan və Türkiyə uzun illər məsələnin sülh yolu ilə həllinə səy göstəriblər. “Bütün bunlara baxmayaraq, Ermənistan Azərbaycana qarşı yeni hücumlara son qoymamışdı. Ermənistanın hücumları ilə başlayan və Azərbaycanın Zəfəri ilə nəticələnən müharibə nəticəsində qardaş ölkə işğal altındakı torpaqlarını azad edib”, - deyə M.Şentop vurğulayıb.

yap.org,az

Digər xəbərlər