Siyasət

  • 3 553

Jurnalist Əli Kərimlini nəyə görə “hinduşka"ya bənzətdi? TƏRS BAXIŞ

image

Laçın Məmişov: “Camaatın sənin dədənə borcu var ki, axmaq-axmaq fikirlərini paylaşsın?”

İsveçrədə yaşayan azərbaycanlı müxalifətyönlü jurnalist Laçın Məmişov bu dəfə AXCP sədri Əli Kərimlini sərt şəkildə tənqid edb və onu hədəfə alaraq bir sıra ittihamlarda bulunub. Xüsusilə, Əli Kərimlinin trollinq şəbəkəsinə, eləcə də “Facebook siyasətinə” söz atan jurnalist bu adamların heç bir dəyərlərə sahib olmadıqlarını iddia edib. Məsələ ondadır ki, AXCP sədri o qədər özündən razı və müştəbeh görünməyə çalışır ki, onun belə davranışları normal cəmiyyətdə qıcıq və ikrah hissinin yaranmasına səbəb olur. Məhz mövzuya bu motivdən yanaşan Laçın Məmişov real düşüncələrini sosial şəbəkə vasitəsi ilə ictimailəşdirib, Əli Kərimlinin, əslində, yararsız biri olduğunu çatdırmağa çalışıb.
“Mosta gedərək erkək hinduşka kimi özünü şişirdir və tələb edir ki, oxu və paylaş”
“Əli Kərimlinin feysbuk səhifəsinə nə vaxt baxırsan, imperativ tonla status yazır, “oxu və paylaş”. Yazmır e zəhmət olmasa, yazmır e lütfən paylaş. İndi sual edirəm, camaatın sənin dədənə borcu var ki, axmaq-axmaq fikirlərini paylaşsın?”, deyə qeyd edən jurnalist Kərimliyə xitabən davam edib ki, normal davranış qaydalarına sahib olmayan cəbhəçilər hələ utanmadan demokratiyadan dəm vururlar: “Niyə elə fikirləşirsən? Bunlar hələ demokratiyadan danışırlar. Mən, həmişə paylaşımlar edəndə yazıram ki, dostlar lütfən paylaşın, dostlar paylaşaq zəhmət olmasa. Bu isə mosta gedərək erkək hinduşka kimi özünü şişirdir və tələb edir ki, oxu və paylaş”.
“Hətta ərzaqların qiymətindən yazanda da öz şəklini qoyur”
Əli Kərimlinin işinin-gücünün yalnız özünüreklam işlərindən ibarət olduğunu deyən Laçın Məmişov hətta ərzaq qiymətlərinin bahalığı haqqında yazdığı statuslarında da öz şəklini yerləşdirir: “Yağın qiymətindən yazanda, hətta nəcisdən yazanda da öz şəklini qoyur. Özünü reklam edir. Bir dəfə girin o adamın səhifəsinə baxın”.Xatırladaq ki, İsveçrədə yaşayan Laçın Məmişov bir müddət əvvəl Müsavat partiyası rəhbərliyinin qanunsuz mühacir biznesini də ifşa edərək, onların 5 milyon dollarlıq əməllərini üzə çıxarmışdı. Maraqlıdır ki, Müsavat rəhbərliyi onun bu iddialarını cavabsız qoymaqla, əslində, cinayət əməllərində iştirakçı olduqlarını susqunluqları ilə etiraf etmişdilər.Bu dəfə isə AXCP sədri Əli Kərimlinin şəxsi keyfiyyətsizliklərini ifşa edən azərbaycanlı jurnalist, görünür, yaxın zamanlarda adıçəkilən partiyanın və sədrin barəsində növbəti ifşaedici məqamları ictimailəşdirməyə hazırlaşır.

sia.az

Digər xəbərlər