Siyasət

  • 2 861

Sədaqət Vəliyeva: Asiya və Sakit Okean hövzəsi ölkələri Azərbaycanı müasir, qlobal təşəbbüslərə dəstək verən mühüm dövlət olaraq qəbul edirlər

image

“Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı Azərbaycan həqiqətlərinin bir daha beynəlxalq ictimaiyyətə çatdırılması baxımından çox önəmli bir hadisədir. Dövlətimizin başçısının beynəlxalq təşkilatın tribunasından bir sıra mühüm çağırışlar etməsi Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni regional reallığın dünya ictimaiyyəti tərəfindən qəbuluna yönəlmiş mühüm addımdır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasına dəvət alması özlüyündə həm ölkəmizin, həm də dövlətimizin başçısının artan nüfuzunu nümayiş etdirir: “Prezident İlham Əliyevin iclasdakı çıxışı regionun və Azərbaycanın reallıqlarının, ölkəmizin uğurlarının, nailiyyətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımdan bir daha uğurlu təqdimat oldu. Azərbaycanın həyata keçirdiyi transmilli layihələr, Vətən müharibəsindən sonra irəli sürülən nəqliyyat-kommunikasiya proyektləri Asiya və Sakit Okean hövzəsi ölkələrində dövlətimizin geostrateji əhəmiyyəti barədə aydın təsəvvür yaratdı”.
“Bu gün Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə qlobal təşəbbüslərlə çıxış etməsi, ədalətli vaksinasiya naminə mühüm addımlar atması, ÜST və 30-dək ölkəyə maddi yardım etməsi dünyanın diqqətini ölkəmizə yönəldib” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Asiya və Sakit Okean hövzəsi ölkələri Azərbaycanı müasir, qlobal təşəbbüslərə dəstək verən mühüm dövlət olaraq qəbul edirlər.

yap.org.az

Digər xəbərlər