Siyasət

  • 4 338

TARİXİN ƏN BÖYÜK YANLIŞLIĞI

image

Aprelin 24-də ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirləri tarixi həqiqətlərin təhrif olunmasıdır, həm də qeyri-real olan “erməni soyqrımı” ifadəsinin ABŞ kimi nüfuzlu bir dövlətin başçısının dilindən eşitmək məyusedicidir.78 yaşlı ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədərək bildirib ki, bu ifadəni kimisə günahlandırmaq üçün yox, faciələrin təkrarlanmaması üçün işlədir. C.Bayden NATO üzrə çox güclü müttəfiqi olan Türkiyəni qəzəbləndirməmək üçün, bu cür yumşaq və ehtiyatlı ifadələr işlətməyə çalışsa da, faktiki olaraq dost və qardaş Türkiyəyə neqativ münasibətini ortaya qoymaqla böyük bir risk və ədalətsizlik etmişdir.Əfsuslar olsun ki, erməni uydurmalarını həqiqət kimi qəbul edib tarixdə heç vaxt olmayan qondarma “erməni soyqırımı”nın törədildiyini iddia edən ABŞ prezidenti 30 il əvvəl real həyatda baş vermiş dəhşətli faciəni - ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqrımı unudur.Tarixən millətçilik, faşizm, işğalçılıq və terrorizm ideologiyası üzərində qurulan erməni terror təşkilatları türk-müsəlman əhalisinə, hökumət adamlarına qarşı qanlı sui-qəsdlər törətmiş, terror aktlarının, qətliamların, soyqırımlarının təşkilatçısı və icraçıları olmuşlar. Saysız-hesabsız tarixi sənədlərlə təsdiq olunan bu faktlar qarşısında erməni millətçilərinin uzun illərdir ki, Osmanlı İmperiyasının varisi olan Türkiyəyə qarşı əsassız “soyqırım” iddiaları absurddur. Avropa məhkəməsinin təsdiq etməkdən imtina etdiyi və əsassız faktlara söykənən “soyqırım” sayıqlamasının indi şişirdilərək ABŞ Prezidenti tərəfindən rəsmi bəyanatda səsləndirilməsi ABŞ-ın milli və strateji maraqlarına uyğun deyil. ABŞ siyasəti üçün bu utancverici və düşüncəsiz bəyanat C.Baydenin erməni lobbisi ilə seçki kampaniyası üçün siyasi bazarlığının rüsvayçı nəticəsidir. Həmçinin günbəgün güclənən, öz milli maraqlarını hər şeydən üstün tutan, “idarə olunmayan” Türkiyəyə qarşı siyasi təzyiqdir.“Soyqırımı”na məruz qalmış bir xalq kimi özünü təqdim edən, bütün dövlətləri də bu yalanlara inandırmağa çalışan Ermənistanın mövcud olduğu qısa bir tarix ərzində azərbaycanlılara qarşı dəfələrlə qətliamlar, soyqırımlar, təxribatlar etdiyinin şahidi olmuşuq. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktlarla sübut edilmişdir. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Quba rayonundakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırım qurbanlarına aid olduğu təsdiqlənmişdir. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.Tarixi hadisələr faktlarla sübut edir ki, dünyada erməni yalanlarına bizim qədər bələd olan ikinci ölkə yoxdur. Bu mənada, Türkiyəyə qarşı yönəlmiş hər hansı bir addım bizə qarşı yönəlmiş təhdiddir. Türkiyəni tam dəstəkləyir və bütün istiqamətlər üzrə qardaşlıq missiyamızı yerinə yetirəcəyik, qeyri-real hadisələrin araşdırılmadan, faktlara əsaslanmadan “erməni soyqırımı” kimi Cozef Bayden tərəfindən təqdim edilməsini qınayır və qubuledilməz hesab edirik.

Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər