"Baydenin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair BƏYANAT

Bütün əsrlərdə Qafqaza səyahət etmiş məşhur şəxsiyyətlər ermənilər haqqında öz fikirlərini yazmışlar. Qəribədir ki, bu gün ermənilər havadarlıq edən rus,fransız və digər xalqların sələflərinin bu barədə yazılarında ermənilər haqqında heç bir müsbət fikrə rast gəlmirik. Məsələn, məşhur rus şairlərindən A.S.Puşkin erməniləri kölə, qorxaq, V.V. Mayakovski qürursuz və şücaətsiz, fransız yazarı A.Düma isə hiyləgər və kələkbaz adlandırmışdır. İsveç səyyahı Adam Muts isə belə yazır: “Dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız qorxu və dəyənək altında yaxşı işləyirlər". Bu kimi fikirlər saysız-hesabsızdır. Elə bu deyilənlərdən bəlli olur ki, erməni dövlətçiliyi tarixi saxtakarlıq üzərində qurulmuşdur. Ermənilər bütün dövrlərdə müxtəlif təxribatlara əl atmışlar. Dünya ölkələri arenasında nümayiş etdirdikləri ən böyük oyun “erməni soyqırımı” siyasətidir. Onlar bütün dünyaya inandırmağa çalışırlar ki, türk xalqları tərəfindən zorakılığa, soyqırıma məruz qalmışlar.Məlum olduğu kimi, aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib. 78 yaşlı prezident bildirib ki, bu ifadəni kimisə günahlandırmaq üçün yox, faciələrin təkrarlanmaması üçün işlədir. C.Bayden NATO üzrə çox güclü müttəfiqi olan Türkiyəni qəzəbləndirməmək üçün, bu cür yumşaq və ehtiyatlı ifadələr işlətməyə çalışsa da, faktiki olaraq dost və qardaş Türkiyəyə neqativ münasibətini ortaya qoymaqla böyük bir risk və ədalətsizlik etmişdir.Tarixən millətçilik, faşizm, işğalçılıq və terrorizm ideologiyası üzərində qurulan erməni terror təşkilatları türk-müsəlman əhalisinə, hökumət adamlarına qarşı qanlı sui-qəsdlər törətmiş, terror aktlarının, qətliamların, soyqırımlarının təşkilatçısı və icraçıları olmuşlar. Saysız-hesabsız tarixi sənədlərlə təsdiq olunan bu faktlar qarşısında erməni millətçilərinin uzun illərdir ki, Osmanlı İmperiyasının varisi olan Türkiyəyə qarşı əsassız “soyqırım” iddiaları absurddur. Avropa məhkəməsinin təsdiq etməkdən imtina etdiyi və əsassız faktlara söykənən “soyqırım” sayıqlamasının indi şişirdilərək ABŞ Prezidenti tərəfindən rəsmi bəyanatda səsləndirilməsi ABŞ-ın milli və strateji maraqlarına uyğun deyil.ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi əsassız, qərəzli bəyanat siyasi mövqeyindən aslı olmayaraq bütünlükdə Azərbaycan cəmiyyətində böyük təəssüf və ikrah hissi ilə qarşılandı. Təbii ki, Türkiyəyə qarşı ağır iftira və növbəti siyasi təzyiq və təhdid vasitəsi olan bu bəyanat ciddi şəkildə qınaq obyektinə çevrilməli və rədd edilməlidır. Uzun illərdir ki, erməni diasporunun və lobbisinin Türkiyəyə qarşı siyasi spekulyasiya aləti kimi istifadə etməyə çalışdığı qondarma “erməni soyqırımı” ifadəsinin ABŞ Prezidentinin dilindən səsləndirilməsi Baydenin seçki kampaniyasında ermənilərin maliyyə və səs dəstəyinə qarşı verdiyi sözün nəticəsi olsa da, bu ədalətsiz bəyanatın ABŞ üçün ağır siyasi, iqtisadi və hüquqi nəticələri olacağı şübhəsizdir. Bu uğursuz və düşüncəsiz açıqlamanın hər hansı bir tarixi, siyasi və ya hüquqi əhəmiyyəti, qüvvəsi olmasa da, ədalətin, insan haqlarının, beynəlxaq hüququn mövcud olduğu dünya ölkələrinin, xüsusilə bütün Türk dünyasının bu provakasiya xarakterli addıma birmənalı, adekvat və sərt reaksiyası olmalıdır.Əfsuslar olsun ki, erməni uydurmalarını həqiqət kimi qəbul edib tarixdə heç vaxt olmayan qondarma “erməni soyqırımı”nın törədildiyini iddia edən ABŞ prezidenti 30 il əvvəl real həyatda baş vermiş dəhşətli faciəni - ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqrımı unudur.Erməni lobbisinin tarixi saxtalaşdırmaq və təhrif etmək cəhdinin növbəti təzahürü olan C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz. Bu bəyanatı tarixi səhv adlandıran möhtərəm Prezidentimiz İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Bu dəqiq təsbit ABŞ administrasiyasının bu provakasiyon addımına ən gözəl siyasi qiymətdir. Danılmaz faktdır ki, Türkiyə dünyanın qlobal gücüdür və Türk dünyası, Azərbaycan bütün siyasi, iqtisadi, hərbi gücü ilə hər zaman qardaş Türkiyənin yanındadır.

Səbinə Şahverdiyeva
181 nömrəli tam orta məktəbin “İlk Partiya Təşkilatı" nın sədri

sia.az