Siyasət

  • 3 893

“İkili standartlar” siyasətinin hökmranlığı təəssüf doğurur MƏQALƏ

image

Bu gün dünyada baş verənlər onu göstərir ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə standart bir yanaşmaya çevrilib. Beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən öz istəklərinə və cari siyasi maraqlarına uyğun təfsir olunur. Erməni lobbisinin uydurma, yalan və saxta məlumatlara əsaslanan təbliğatına uyan ABŞ Prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatda “soyqırımı” ifadəsini işlətməsi tarixi saxtalaşdırmaq cəhdidir. 106 il bundan əvvəl Birinci Dünya Müharibəsi zamanı 1915-ci ildə baş verən hadisələrlə bağlı həqiqətlərin təhrif edilməsi bir daha ABŞ-ın ikili siyasət yürütdüyünü, beynəlxalq hüququ öz siyasətlərinə qurban verdiyini sübut edir. Müasir dünya ABŞ Prezidentindən sülhə, barışa, əmin-amanlığa çağırışlar gözlədiyi bir dövrdə onun verdiyi bu açıqlama birlik və həmrəylik üçün zərərlidir.Son dövrlər qondarma “erməni soyqırımı" iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. "Tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəməlidirlər.Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırım“ törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya Müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməlidir. Bu iş ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tarixçilərə həvalə edilməlidir. Türkiyə rəhbərliyi dəfələrlə Ermənistana və bu məsələ ilə maraqlanan digər dövlətlərə müraciət edərək bildirb ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı bütün tarixi məlumatları təqdim etməyə hazırdır. Ancaq həqiqətləri qəbul etməyən, ancaq yalan və uydurmalar üstündən siyasət quran Ermənistanı bu tarixi məlumatlar maraqlandırmır. Rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan“ adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-mesəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil,bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərədn bəri öz siyasi-hüquqi qiymətini almaması ikili standartlar siyasətinin təcəssümüdür.Prezident Baydenin qondarma “erməni soyqırımı“ ifadəsini işlətməsi haqlı olaraq qardaş Türkiyədə, Azərbaycanda və Türkiyəyə dost olan bütün ölkələrdə kəskin etirazlarla qarşılanıb. Azərbaycan bədnam “24 aprel bəyanatı”nın verildiyi andan etibarən dövlət-xalq birliyi və qardaşlıq ruhu ilə haqsızlığı qınayıb, qardaş ölkəyə birmənalı dəstək nümayiş etdirib. Co Baydenin bədnam bəyanatının həmən ardından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınayıb. Belə bəyanat vermə qərarının yalnış olduğunu qeyd edən, onu tarixi səhv adlandıran Prezident İlham Əliyev Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Azərbaycan Prezidenti halı olaraq vurğulayıb ki, Baydenin bəyanatı regionda yaranmaqda olan əməkdaşlıq meyllərinə ciddi zərər vurur. Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı“ məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.Beləliklə, Azərbaycan Prezidenti başda olmaqla dövlətimiz, xalqımız, cəmiyyətimiz rəsmən və qəlbən qardaş Türkiyənin yanında olduğumuzu bir daha sübut etdi. Türk şurası, Türk akademiyası, TÜRKSOY, TürkPa, Türk Mədəniyyəti və İrsi Fondu rəhbərliyi də Baydenin bəyanatından narahatçılıq və Türkiyəyə dəstək ifadə edib.Türkiyə belə sınaqları çox görüb və sübut edib ki, onu haqsızlıqla, yalanla barışdırmaq mümkün deyil! Türk dövləti və xalqı heç şübhəsiz “Bayden bəyanatı”ndan sonrakı dövrdə də öz əzmkarlığı və yenilməzliyi ilə seçiləcək”. Bu bəyanatdan itirən Ermənistan və havadarları olacaq.

Sevinc Əliyeva
122 № li orta məktəbin direktor əvəzi və təlim-tərbiyə işləri üzrə direktor müavini

sia.az

Digər xəbərlər