Siyasət

  • 3 107

"Azərbaycan Rusiyaya “Dost olmayan ölkələr” siyahısında ola bilməz" EKSPERTİN TƏPKİSİ

image

“Rusiyanın “Dost olmayan ölkələr” siyahısında Azərbaycanı göstərməməsi qədər təbii bir şey yoxdur. Çünki, Azərbaycan dövləti qonşu Rusiya dövləti ilə münasibətlərində həmişə etibarlı olub, qarşılıqlı etimadı doğruldan dövlət olub". Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan ümumiyyətlə, Rusiyaya qarşı hər hansı cəbhədə yer almayıb: "Bütün mərhələlərdə hətta, ABŞ başda olmaqla dünyanın ən böyük gücləri, Rusiyanı küncə sıxanda Azərbaycan dövləti yenə də öz siyasi seçimini edib, münasibətlərdə balansı gözləyib. Yəni Rusiyaya qarşı olan dövlətlərin kampaniyasında yer almayıb. Təbiidir ki, Rusiyada da bu işləri yaxından təqib edirlər, izləyirlər və görürlər ki, Azərbaycan dövləti öz müstəqil siyasətini yürüdür, hər hansı kampaniyaçılıqda yer almır, eyni zamanda böyük dövlətlər arasında gedən qarşıdurmalara özünü alət eləmir. Ona görə də Rusiya Azərbaycana münasibətdə bu cür mövqe sərgiləyir.Ümumiyyətlə, Rusiya dövlətini idarə edənlər ciddi şəkildə düşünsələr, dərindən götür-qoy etsələr, Azərbaycanla münasibətlərində daha üstün mövqelərə gəlməyi qəbul edərlər. Yəni, burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, bəzən Rusiya dövləti, yaxud onun ayrı-ayrı şəxsləri, rəsmiləri Azərbaycan torpaqlarını işğal etmiş və 30 ilə qədər işğal altında saxlamış Ermənistana münasibətdə Azərbaycanı ayağa verirlər. Əlbəttə ki, bütün bunlara baxmayaraq Azərbaycan yenə də Rusiyaya münasibətinə sadiqdir. Halbuki, Ermənistan Ruaiyanın vassalı, əlaltısı olmasına baxmayaraq, tez-tez Rusiyaya xəyanət edir, arxa çevirir. Əlbəttə ki, bu da, yenə də deyirəm, Rusiyanın təhlil mərkəzləri tərəfindən diqqətlə izlənilir, öyrənilir və birmənalı olaraq qəbul edilir ki, Azərbaycan Rusiyaya dost olmayan ölkələr siyahısında ola bilməz. Ümumiyyətlə isə, Azərbaycanın belə bir istəyi də yoxdur.Azərbaycan bütün qonşuları ilə, özəlliklə də Rusiya ilə dinc, yanaşı yaşamaq, bərabər hüquqlu qonşuluq münasibətləri yürütmək, ümumiyyətlə, qarşılıqlı sülh şəraitində mövcud olmaq siyasətini yürüdür. Bunu da Rusiyada anlayırlar və ona uyğun olaraq da belə siyahılar tərtib edəndə Azərbaycanın adını ora əlavə etmirlər. Lakin, Azərbaycan özü Rusiyaya münasibətdə bəzən haqlı olaraq, Rusiya ilə bağlı mənfi mövqe sərgiləyə bilər”, deyə Azər Həsrət bildirib.

sia.az

Digər xəbərlər