Siyasət

  • 5 330

“Qondarma "erməni soyqırımı" üzərindən təziq cəhdləri hec bir nəticə verməyəcək” Seyfəddin Əliyev

image

“ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsi işlətməsi tarixi səhv və yanlış addımdır. Bü gün Ermənistanda hökm sürən siyasi xaos fonunda 24 aprel fürsətindən istifadə etmək istəyən qüvvələrin məqsədi müəyyən manipulasiyalardan istifadə etməklə Türkiyə və Azərbaycana təzyiq etmək niyyətidir”. Bunu YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib.Təşkilat sədri bildirib ki, istənilən halda unutmamalıyıq ki, qondarma erməni soyqırımının heç bir tarixi əsası yoxdur: "Bu sözün əsl mənasında heç bir fakta, tarixə əsaslanmayan məğlub, onun-bunun qoltuğu altına sığınan bədbəxt erməni xalqının qondarma bir soyqırımdır. Əgər tarixə nəzər salsaq görərik ki, əslində ermənilərin var olması və ermənilərin bir millət kimi formalaşmasında bir başa olaraq Osmanlı dövlətinin çox böyük rolu olub. Ancaq təsüfflər olsun ki, ermənilər Osmanlı dövlətinə qarşı da xainlik edərək və yaratdıqları erməni terror təşkilatının vasitəsi ilə osmanlının parçalanması, dağılması üçün digər xarici qüvvələrlə əməkdaşlığa girərək orada terror fəaliyyətləlri həyata keçirtdilər. Bu baxımdan da 1915-ci ildə baş verən hadisələrdə, ermənilərə qarşı heç bir soyqırım siyasəti həyata keçirilməmiş, əksinə Osmanlı dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün, erməni terror təşkilatının tabeçiliyində fəaliyyət, erməni terror təşkilatları ilə əməkdaşlıq edən həmin erməniləri yaşadıqları ərazisindən Osmanlının başqa bir ərazisinə köçürülməsini təmin etmişdir.ABŞ-ın 46-cı prezidenti Co Baydenin bu il aprelin 24-də 1915–ci il hadisələri ilə bağlı səsləndirdiyi bəyanatda “erməni soyqırımı” ifadəsini işlətməsi təəssüf doğurur. Dünyanın supergüc dövlətinin başçısının tarixi faktları təhrif etməsi, əsassız danışığı, qondarma “erməni soyqırımı” ifadəsini gündəmə gətirməsi dünyada baş alıb gedən ikili standartların, islamofobiyanın bariz nümunəsidir. Əslində, ABŞ Prezidenti bu ifadədən Türkiyəyə qarşı təzyiq və təhdid vasitəsi kimi istifadə edir. Digər tərəfdən ermənipərəst mövqeyini gizlətməyərək Azərbaycana da bir mesaj ünvanlayır. Axı, Azərbaycan Silahlı Qüvvələri ötən il noyabrın 27-də işğalçı Ermənistanın başladığı müharibəni 44 gün ərzində tarixi Qələbə ilə yekunlaşdırdı və Ermənistan dövlətini diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi".“Soyqırımı”na məruz qalmış bir xalq kimi özünü təqdim edən, bütün dövlətləri də bu yalanlara inandırmağa çalışan Ermənistanın mövcud olduğu qısa bir tarix ərzində azərbaycanlılara qarışı dəfələrlə qətilamlar, soyqırımılar, təxribatlar etdiyinin şahidi olmuşuq. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktlarla sübut edilmişdir. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Quba rayonundakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənmişdir. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.Təkcə çox da uzaq olmayan tarixdə - 29 il əvvəl Ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı zamanı 613 azərbaycanlı qətlə yetirilib. Bu hadisə dünyanın gözü qarşısında, kameralar önündə baş verib və bunu sübut edən yüzlərlə video və fotolar movcuddur. Amma dünya dövlətləri bu qədər faktlar qarşısında Xocalı soyqırımını qiymətləndirməkdə çətinlik çəkir.Türkiyə dövləti 1915-ci il hadisələrini araşdırmağın tarixçilərin işi olduğunu, bunun üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa və arxivləri açmağa hazır olduğunu dəfələrlə bildirsə də, erməni tərəfi yalançı soyqırımı ilə bağlı fantaziyalarının iflasa uğramasından qorxaraq bu təklifdən imtina etmişdir.S.Əliyev bildirib ki, Türkiyənin itirilməsi, təbii ki, ABŞ üçün uğurlu deyil: "Çünki Türkiyənin regionda nüfuzunun artması, bölgədə böyük güc və söz sahib olması, təbii ki, bir çox maraqlı dövlətləri narahat edir. Həmin regionda ABŞ-ın qarışıq planları da göz qabağındadır. Artıq Türkiyə ilə başqa dildə danışmağın mümkün olmadığını görənlər bu cür əsassız bəyanatlardan istifadə edib, Türkiyənin nüfuzuna xələl gətirməyə çalışırlar. Heç bir tarixi və dövlətçilik ənənəsi olmayan, özgə torpaqları hesabına yaradılmış, daim təcavüzkar və soyqırımı siyasəti həyata keçirən bir dövlətin yalançı maraqlarına xidmət edən “erməni soyqırımı” ifadəsinin işlədilməsi, təbii ki, ABŞ-ın yaxın gələcəkdəki siyasətində öz fəsadlarını göstərəcək".Rayon təşkilatının sədri sonda onu da vurğulayıb ki, aprelin 24-də Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da dövlətimizin başçısı bu qərarın tarixi səhv olduğunu, bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu qeyd edib: "Həmçinin cənab Prezident Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğunu məmnunluqla qeyd edib. Bu da onu göstərir ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə heç vaxt siyasət meydanında həmişə, o cümlədən gərgin məqamlarda biri-birini tək qoymayacaq”.

sia.az

Digər xəbərlər