Siyasət

  • 4 556

Naqif Həmzəyev: Azərbaycan Ermənistanı öz üzərinə düşən öhdəliyi yerinə yetirməyə məcbur edəcək

image

“Çox təssüflər olsun ki, hələ də Ermənistanda faşist ideologiyasına xidmət edən və gerçəklikləri dərk etməyən siyasətçilər qalıb. Onları bu məsələlərdə qızışdıran və daimi sülhə nail olmaq üçün maneələr törədən revanşist qüvvələr də mövcuddur’’. Bu sözləri Editor.az-a açıqlamasında Prezident İlham Zəngilan rayonunda Dövlət Sərhəd Xidmətinin açılışında sərhədçilər qarşısında çıxışını şərh edən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.Millət vəkili bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycan Qafqazda yeni gerçəkliyi formalaşdıra bildi və ərazi bütövlüyünü bərpa etdi: “Hal-hazırda Azərbaycan Ermənistanla sərhəd boyu öz sərhəd qoşunlarını yerləşdirir və sərhəd qoşunlarına məxsus hərbi hissələr yenidən qurulur. Azərbaycan ordusunun gücü bütün dünyaya bəllidir. Cənab Prezident bütün çıxışlarında Ermənistandakı revanşist qüvvələrə reallığı dərk etməyə və Azərbaycan qarşı ərazi iddialarından əl çəkməyə çağırıb. Bu günkü çıxışında da Prezident buna işarə vurdu və düşmənə bir daha xatırlatdı ki, revanşist fikirlərdən əl çəkməyəcəyiniz təqdirdə biz sizi cəzalandırmağın yolunu bilirik’’.

Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan regionda daim sülhün bərqərar olmasını istəyir və iqtisadi inkişafın tərəfdarıdır: ‘’ Azərbaycan öz üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirir. Azərbaycan regionda kommunikasiya xətlərinin bərpa olunacağını və Ermənistanın da bu məsələdə öz töhfəsini verməyə məcbur olduğunu bildirib. Biz tezliklə Zəngilandan Naxçıvana gedən Zəngəzur dəhlizi boyu Şərqi Zəngəzurla Qərbi Zəngəzuru birləşdirən dəmir yolu və avtomobil yollarının açılışını gözləyirik. Hərçənd ki, düşmən işğal altında olan ərazilərin kommunikasiya xətlərini və xüsusilə dəmir yolu xətlərini məhv edib. Ancaq Azərbaycanın iqtisadi gücü imkan verir ki, tezliklə bu dəmir yolu xətlərini bərpa edək və Bakıdan birbaşa Naxçıvana ordan da Türkiyəyə dəmir yolu və avtomobil yolu ilə səyahətlərimizi edə bilək. İstənilən halda, Azərbaycan regionun ən güclü dövlətidir.Azərbaycan regionda diqtə edən tərəfdir. Azərbaycan Ermənistanı məcbur edəcək ki, öz üzərinə düşən öhdəliyi yerinə yetirsin. Əks təqdirdə “Dəmir yumruq” öz işini görməyə hazırdır’’.

yap.org.az

Digər xəbərlər