PDF Oxu

Siyasət

  • 4 333

Seçki məcəlləsinin qanunauyğun icrasını bundan sonra da təmin edəcəyik - MSK katibindən RƏY

image

“Azərbaycanda ən son Seçki Məcəlləsi 2003-cü ildə qəbul olunub və seçki komissiyalarının formalaşması qaydası da 2003-cü il Milli Məclisin qəbul etdiyi qanunla tənzimlənir. Həmin seçki məcəlləsi Mərkəzi Seçki Komissiyasında qarşıya vəzifələr qoyub. Bu vəzifələrin həyata keçirilməsi istiqamətində uzun illərdir ki, MSK öz fəaliyyətini davam etdirir”. Bu sözləri SİA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov deyib.

Onun sözlərinə görə, iki gün əvvəl yeni seçilmiş tərkib həmin vəzifələrin icrasına başlayacaq: “Bizim qarşımızda duran əsas vəzifə aşağı seçki komissiyalarının formalaşması məsələsidir və bu istiqamətdə, həmçinin seçici siyahılarının, seçki dairələrinin lokasiyasının dəqiqləşdirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik. Beynəlxalq praktikanın bu prosesə tətbiqi məsələsinə gəldikdə isə bildirmək istəyirəm ki, sözügedən məsələyə parlamentdə baxılır”.M. Rəhimov vurğulayıb ki, Milli Məclisdə müvafiq standartlara uyğun qanunvericilik aktları, Seçki Məcəlləsi qəbul edilir: “Bizim vəzifəmiz qəbul olunmuş həmin qanunları yəni, Seçki Məcələsinin icrasını təmin etməkdir. Hesab edirəm ki, MSK-ya Milli Məclis tərəfindən göstərilən etimad onu deməyə əsas verir ki, indiyə qədər qarşımıza qoyulan məsələləri qanunauyğun həyata keçirilməsini təmin edə bilmişik və bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

sia.az

Digər xəbərlər