Siyasət

  • 3 341

“Prezident Zəngilana səfəri zaman mühüm mesajlar verdi” ÖZƏL-MÜNASİBƏT

image

“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərmizə hər səfəri özündə çox böyük mənəvi əhəmiyyət daşıyır. Hər şeydən öncə, Cənab Prezident işğaldan azad olunmuş torpaqlarmıza intensiv səfərlər etməklə mühüm informasiya mübarizəsinin vacib eleməntlərini də təqdim etmiş olur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.Onun sözlərinə görə, ölkə Prezidenti hər şeydən öncə səfər etdiyi ərazilərdə erməni vandalizminin, erməni yırtıcılığının izlərini əyanı şəkildə nümayiş etdirir: “Təbii ki, Cənab Prezidentin hər bir səfəri və səsləndirdiyi hər bir fikri dünya ictimaiyyəti tərəfindən çox diqqətlə izlənilir və bu fikirlərə əsasən də, ölkələr öz mövqelərini, yəni Azərbaycana münasibətdə mövqelərini və davranışlarını müəyyənləşdirirlər. Cənab Prezidentin səfərinin əhəmiyyətini məhz bu bucaqdan qiymətləndirmək vacibdir. Cənab Prezident Zəngilana və Cəbrayıla səfəri digər buna qədər olan səfərləri kimi parktiki baxımından bundan sonra regionla bağlı Azərbaycanın strategiyası haqqında təsəvvürlərin formalaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident Zəngilana səfəri zaman mühum mesajlar verdi. Birinci, ən vacib mesaj ondna ibarət oldu ki, Ermənistanda revanşizmə meyilliyin ermənilərin özləri üçün nə qədər təhlükəli olduğunu Prezident bildirdi və yaranmış vəziyyəti dıyişmək uğurunda istənilən cəhdin qarşısının alınacağını çatdırmış oldu. Yəni bildirdi ki, revanşizmə meyilik Azərbaycan tərəfindən qətiyyətlə dəf ediləcəkdir”.E.Mirbəşiroğlu bildirib ki, Azərbaycanın gücü var və Azərbaycan ordusu öz gücünü, öz qüdrətini 44 günlük Vətən müharibəsində nümayiş etdirdi. Ölkə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirmiş olduğu fikirlər də çox önəmlidir. Bildiyimiz kimi, 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanatın 9-cu bəndində Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəmir yol əlaqəsinin yaradılması məsələsi öz ifadəsini tapıb. Ölkə Prezidenti bu səfərdən öncədə bildirmişdi ki, Ermənistanın mövqeyindən asılı olmayaraq biz bu layihəni həyata keçirəcəyik. Ermənilər razı olarsa daha asand həyata keçirəcəyik, razı olmazlarsa və buna qarşı çıxarlarsa biz bunu zorla həyata keçirəcəyik. Yəni öz gücümüzü nümayiş etdirərək həyata keçirəcəyik. Bu çox mühüm məsələdir, bu da Ermənistanda revanşizmin qarşısının alınması baxımından təsirli bir mesjdır. Ayrıca olaraqda xatırlatmaq istəyirəm Prezident vurğuladı ki, Zəngilan Şərqi Zəngəzurda yerləşir və bununla da indiki Ermənistanın ərazisində qalan Qarbi Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğuna işarə etdi. Ermənistana çatdırmış oldu ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqəsini elə öz tarixi torpaqları üzərindən yaratmaq istəyir. Bu çox mühüm bir mesaj idi. Təbii ki, ölkə Prezidentinin ilk smart kənd layihəsinin bünövrəsini qoymasıda Qarabağın işğaldan azad olunmuş ərazilərmizin gələcək strategiyasının ilkin konturları haqqında da təsəvvür yaradmış oldu və Ağalı kəndində smart yaşayış məntəqəsinin yaradılması, smart kənd təsərrüfatı sisteminin qurulması və bu prosesdə qardaş Türkiyyənin yaxından iştirakı ilə bağlı fikirlərini səsləndirdi. Ayrıca olaraq da həm Türkiyə, İtaliya, İsrail və Çin şirkətlərinin də layihənin həyata keçirilməsində yaxından iştirakı edəcəyini bildirdi və növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycana dost ölkələr Qarabağın yenidən qurulmasında, inkişaf etdirilməsində yaxından iştirak edəcəklər. Azərbaycana dost ölkələr isə o ölkələrdi ki, Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü dəstəkləyiblər. Ölkə Prezidenti bu mövqeyi ilə ayrı-ayrı dövlətləridə yaxşıca düşünməyə dəvət etmiş oldu ki, onlarda həmişə ədalətin yanında olsunlar və obyektivlik nümayiş etdirsinlər ki, gələcəkdə regionda əməkdaşlıq imkanlarından yararlana bilsinlər”

sia.az

Digər xəbərlər