Siyasət

  • 3 468

Qahirədə “Made in Azerbaijan” brendli məhsulların təqdimatı keçirilib

image

Qahirənin tanınmış beşulduzlu “Concorde-El-Salam” hotelində “Made in Azerbaijan” brendli məhsulların təqdimatı Misirin nüfuzlu KİV-lərinin diqqət mərkəzində olub.SİA xəbər verir ki, Misirin ən nüfuzlu “Əl Əhram” qəzeti, həmçinin “Əxbar Əl Yom”, “Əl Ğad”, “Aldiplomasy”, “Ta 7 Masr”, “Rayet Misr”, “At Magazine” portalları və “Asiaelyoum” informasiya agentliyinin saytında Azərbaycanda Ramazan adət-ənənələri, iftar süfrələrini bəzəyən yerli məhsullar haqqında məqalələr yayımlanıb.Misir KİV-lərində fotoşəkillərlə yerləşdirilmiş materiallarda diqqətə çatdırılıb ki, “Made in Azerbaijan” brendli məhsullar misirlilərin böyük marağına səbəb olub və bu tədbir yerli iş adamlarının Azərbaycandakı həmkarları ilə əməkdaşlıq perspektivlərinə töhfə kimi qiymətləndirilib.

sia.az

Digər xəbərlər