Siyasət

  • 2 989

"Dəhlizin açılması regional bir layihənin tərkib hissəsidir" - POLİTOLOQ AÇIQLADI

image

“Prezident İlham Əliyevin Zəngilana səfəri və Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama göstərir ki, bu dəhlizin reallaşması prosesi gedir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Ekspert bildirib ki, prosesə Ermənistanda reavanşist qüvələr mane olsa da erməni hakimiyyəti dəhlizin açıımasında maraqlıdır: “Çünki dəhliz Ermənistanı blokadadan çıxaracaq. Hazırda Ermənistanda seçkilərə hazırlıq gedir. Reavanşist qüvvələr hakimiyyətə gəlməyə çalışır. Təbii ki, onlar hakimiyyətə gələcəyi təqdirdə Dəhlizlə bağlı problemlər ortaya çıxa bilər”.M. Əsədullazadə vurğulayıb ki, cənab Prezident bu haqda da onlara mesaj verib: “Nəyin bahasına olursa-olsun Dəhliz açılacaq. Düşünürəm ki, Ermənistanda Paşinyan hakimiyyətdə qalacaq və Dəhliz probelmi öz həllini tapacaq. Ümumiyyətlə Dəhlizin açılması regional bir layihənin tərkib hissəsidir və burada müəyyən dövlətlərində maraqları var. Təkcə, bu Ermənistanın öz iradəsindən asılı deyil. Ona görə də Zəngəzur dəhzlizi açılacaq”.

sia.az

Digər xəbərlər