YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Nofəl Əlizadənin ailəsini ziyarət ediblər

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın bir qrup fəal üzvü rayonun Saatlı kəndində şəhid çavuş Əlizadə Nofəl Qənbər oğlunun ailəsini ziyarət ediblər.

Təşkilatın sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü.Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Şəhidin atası Qənbər Qənbərov və anası Ülviyyə Qənbərova Nofəlin hərbidəki xidmətlərindən və ömür yolundan söz açmışlar. Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər. Rayon təşkilatının fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərin həlli üçün köməkliklər göstəriblər.
Qeyd edək ki, çavuş Nofəl Əlizadə 6 il idi ki Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində Vətənə xidmət edirdi. O sentyabr ayının 27-də başlanan Vətən müharibəsində Suqovuşanın azad edliməsində iştirak edib və bu döyüş zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Əlizadə Nofəl Qənbər oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif edilib.

yap.org.az