YAP Qusar rayon təşkilatının nümayəndələri şəhid Elvin Qurbanovun ailəsini ziyarət edib

YAP Qusar rayon təşkilatının nümayəndələri Vətən müharibəsinin şəhidi Qurbanov Elvin Elmar oğlunun ailəsini ziyarət edib.

Təşkilatın nümayəndələri şəhid Elvin Qurbanovun ad günündə ailəsi ilə birlikdə Qusar şəhərindəki Şəhidlər Xiyabanında onun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Görüş zamanı şəhidin valideynləri dövlətin göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.
Şəhid ailəsinə Ramazan sovqatları təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid Elvin Qurbanov “Vətən uğrunda”medalı ilə təltif edilib.

yap.org.az