Siyasət

  • 3 592

"Güclü Şəxsiyyət Zərifə xanım Əliyeva"

image

YAP Quba rayon təşkilatında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunan "Güclü Şəxsiyyət Zərifə xanım Əliyeva" adlı onlayn tədbir keçirilib."Zoom" platforması üzərindən onlayn formatda baş tutan tədbir "Küçələrə su səpmişəm" musiqisinin sədaları altında akademik Zərifə xanım Əliyevaya həsr olunan videoçarxın nümayişi ilə başlayıb. Tədbiri filialın direktor müavini Aysel Şeydayeva açaraq, sözü YAP Quba rayon təşkilatının sədri Yusif Abidova verib."Böyük ömrün salnaməsi" mövzusunda məruzə ilə çıxış edən Y.Abidov vurğulayıb ki, Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq nur, işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim idi, həm də Onun ömrü özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara: "Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Görkəmli şəxslərin fəaliyyətinin ictimaiyyətə çatdırılması hər kəsin borcudur".Quba şəhər Bələdiyyəsinin I sədr müavini, E.Bayramov adına Alpan kənd tam orta məktəbinin direktoru Mehparə Rüstəmova çıxışında Onun akademik fəaliyyətinə toxunub. Bildirib ki, gələcək nəsillər Zərifə Əliyevanın xatirəsini daim uca tutacaq.Tədbirin davamı olaraq ADPU Quba filialı tələbələrinin hazırladığı, Zərifə Əliyevaya həsr olunan videoçarx nümayiş etdirilib.ADPU Quba filialı TGT-nin sədr müavini Şəhla Qafaraova "Zərifə Əliyevanın həyatı gənclərin gözü ilə" mövzusunda məruzə edib. ADPU-nun Quba filialı ərazi ilk partiya təşkilatının gənclər birliyinin sədr müavini Nərmin Orucova da akademikin elmi fəaliyyətindən söz açıb. Qeyd edib ki, Onun alim kimi qazandığı uğurlar Azərbaycan elminə xeyli töhfələr verib. Bu elmi fəaliyyətin qürur mənbəyi olduğunu deyib.ADPU-nun Quba filialının "Dillər" klubunun sədri Məhəmməd Hacıbalayev Zərifə Əliyevanın gənclərə dəstəyindən söz açıb. Çıxışında akademikin nitq bacarıqları və xarakterik keyfiyyətərinə də nəzər salıb. Tədbirdə filialın kitabxana müdiri Samirə Hacıyevanın təşkilatçılığı ilə hazırlanan stendlər nümayiş etdirilib.Daha sonra YAP Quba rayon təşkilatında Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü ilə əlaqədar pandemiya qaydalarına riayət etməklə gənclərlə tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Azərbaycanda oftalmologiya elmi sahəsində parlaq, silinməz izlər qoymuş unudulmaz insan, böyük alim, akademik Zərifə xanım Əliyeva keçdiyi həyat yoluna, ictimai-elmi fəaliyyətinə nəzər salıb: "Zərifə xanımın qadına, anaya, ömür-gün yoldaşına, alim və vətəndaşlara xas olan bütün mükəmməl cizgiləri özündə cəmləməsi yalnız Allah vergisi ola bilər. Əllərinin şəfası, dərin savadı, xüsusilə də incə qəlbi, şəfqət, sevgi dolu rəftarı ilə illərlə gözə nur verən Zərifə xanım, sözün əsl mənasında, Allah vergisinə sahib ziyalı idi. Zərifə xanım Əliyeva müstəqil Azərbaycanın Qurucusu, Ümumilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Zərifə xanımın elmi adlarının hər biri qürur-iftixar mənbəyidir və bütün ömrünü insanlara xidmət işinə sərf etmiş görkəmli alim, qayğıkeş ana Zərifə xanımın adı qədirbilən xalqımızın yaddaşına əbədi həkk olunub".

sia.az

Digər xəbərlər