Məşhur Məmmədov: “Qalib Sərkərdənin növbəti mesajı Ermənistanda şok effekti yaradıb”

“Artıq Azərbaycanla oyun oynamağın faydası yoxdur. Fakt budur ki, müharibədən öncə Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə Ermənistana etdiyi xəbərdarlıqlara əhəmiyyət verməyən işğalçı ölkə, indi Qalib Sərkərdəmizin hər bir mesajından sonra əl-ayağa düşür. Çünki erməni xalqı artıq reallığı görür və bununla barışır. Bilirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev dediyi sözün arxasında durur, verdiyi vədi mütləq gerçəkləşdirir. Həmçinin, erməni xalqı “Dəmir yumruğun” zərbəsinin çox acı nəticələr verdiyini də unutmur və anlayır ki, artıq Azərbaycanla oyun oynamağın faydası yoxdur. Həqiqətən də bu ölkənin vətəndaşları bu gün reallığın, gerçəkliyin fərqinə varmaqdadırlar, buna məcbur və məhkumdurlar”. Bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Məşhur Məmmədov deyib.M.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin Hacıqabuldakı bəyanatı bu gün geniş müzakirə mövzusuna çevrilib: “Çünki Azərbaycanın Lideri qətiyyətli şəkildə bəyan etdi ki, əsas rəqibimiz zamandır. Ona görə ki, dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Bu səbəbdən də bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Layihə başa çatdıqdan sonra Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq. Göründüyü kimi, bu ciddi, birmənalı bəyanatın arxasında, əlbəttə ki, siyasi iradə və qətiyyət dayanır. İlham Əliyevin indiyədək yürütdüyü tam müstəqil siyasət, prinsipiallıq, ədalətlilik, humanizm prinsiplərinə sadiqliyi hər kəsə bəllidir. Dünya Azərbaycan Prezidenti İlham Əliyevi belə qəbul edir”.“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq»,-deyən millət vəkili Azərbaycan Prezidentinin bu mesajlarının siyasi və sosial-iqtisadi xaosa bürünmüş məğlub Ermənistanı çox bərk silkələdiyini deyib: «Əgər belə olmasaydı, Azərbaycan Prezidentinin aprelin 20-də Hacıqabulda səsləndirdiyi fikirləri bu ölkənin XİN-i dərhal konteksdən çıxararaq “Ermənistanın ərazi bütövlüyünə təhdid” olduğunu iddia edib dünyaya car çəkməzdi. Ancaq belə iftiralar, oyunlar Azərbaycanı zərrə qədər qorxutmur. Çünki bu gün qalib Lider kimi diktəni Azərbaycan Prezidenti, Ali Baş Komandan edir”.M.Məmmədov onu da vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycanın növbəti tarixi qələbəsi olacaq. Prezident İlham Əliyevin dediyi kimi: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.“Dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha İlham Əliyevin hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli lider olduğunu görəcək”,-deyə M.Məmmədov bildirib.

sia.az