Siyasət

  • 6 165

Qırğız televiziyasında azərbaycanlı yazıçı-dramaturq Əmir Pəhləvan haqqında veriliş yayımlanıb

image

Tanınmış Azərbaycan yazıçı-dramaturqu, Qazaxıstan və Qırğız respublikalarının Dövlət Mükafatları laureatı Əmir Pəhləvanın çoxşaxəli yaradıcılığı haqqında maraqlı verilişlər başqa ölkələrin efir məkanında da tez-tez nümayiş etdirilir.SİA-nın məlumatına görə, Əmir Pəhləvan haqqında növbəti belə bir veriliş Qırğızıstanın “Piramida” Dövlət Televiziya kanalının “Dostluq körpüsü” proqramında yer alıb. Verilişdə qırğız tamaşaçılara ədibin ömür yolu və çoxşaxəli ədəbi yaradıcılığı, Orta Asiya türklərinin həyatından bəhs edən, Taktaqul Satılqanov, Yusif Balasaqunlu, Çingiz Aytmatov kimi tarixi şəxsiyyətlər haqqında yazdığı kitabları, “Manas bayatıları” və çəkdiyi sənədli filmləri, o cümlədən Dövlət bayrağımıza və Bakı neftinə həsr etdiyi ekran əsərləri haqqında geniş məlumat verilib. Proqram boyu 75 kitabın, 15 filmin, 3 teatr tamaşasının müəllifi və dünyanın bir çox nüfuzlu mükafatlarının sahibi olan Əmir Pəhləvanın ədəbi yaradıcılıq, türk xalqlarının milli-mənəvi dəyərləri, ortaq adət-ənənələri barədə maraqlı fikirlərinə də geniş yer verilib.

sia.az

Digər xəbərlər