Siyasət

  • 3 834

"Qələbədə Xüsusi Təyinatlılarımızın məxsusi payı var" DEPUTAT ŞƏRH ETDİ

image

“1999-cu ilin aprel ayında Azərbaycanda Xüsusi Təyinatlı Dəstə yaradılıb. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlıları çox mühüm rol oynayıb. Həmçinin, 2020-ci il 20 iyun tarixində yeni Xüsusi Təyinatlı Birlik də yaradılıb. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələr də paraddan keçdi və bir Azərbaycan Ordusunda özlərinin xüsusi yerləri olduğunu bir daha nümayiş etdirdilər”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.Deputat bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrin yaradılması ilə artıq Azərbaycanın həm dağlarda, həm düzəngahda vuruşa bilən çox ciddi hərbi birləşməsi yarandı: “Təbii ki, Xüsusi Təyninatlı Qüvvələrin yaranmasında Birinci Qarabağ müharibəsinin də öz mühüm rolu olub. İkinci Qarabağ müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələrin ən ciddi əməliyatlarından biri də Cəbrayıl istiqamətində olub. Belə ki, Cəbrayıl şəhəri və ətraf 9 kəndi işğaldan azad etdilər. Bu, sırf Xüsusi Təyinatlıların öz əməliyyatı idi. Şuşa və digər rayonların işğaldan azad edilməsi istiqamətində də Xüsusi Təyinatlıların rolu danılmazdır. Onlar hədəfi seçib orada koordinasiyanı həyata keçirir, məlumatları qoşun hissələrinə ötürür və eyni zamanda vuruşurdular. Ermənistan ordusunun arxasına keçərək dəfələrlə orada əməliyatlar apardıqları da bilinir və bu əməliyatlardan da hər zaman üzü ağ çıxıblar”.A.Nağıyev vurğulayıb ki, Xüsusi Təyinatlı Qüvvələrin şəhid olmuş əsgər və zabitlərimizin ailələrinə baş sağlığı verirəm: “Bu vətən uğrunda onlar böyük şücaət göstərdilər. Bu gün Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən bütün şəxsi heyəti bayram münasibətilə təbrik edirəm. Hazırda, Azərbaycan Xüsusi Təyinatlıları NATO standartlarında olan Türkiyə Xüsusi Təyinatlılar ilə və həmçinin Pakistan hərbi akademiyasında təhsil almaqla yeni biliklərə yiyələnirlər. Biz fəxr edə bilərik ki, bizim bu cür mərd, qorxmaz, savadlı, vətəninə-millətinə bağlı Xüsusi Təyinatlılarımız var. İkinci Qarabağ müharibəsində onların əməyi danılmazdır və qazanılan böyük qələbədə Xüsusi Təyinatlılarımızın məxsusi payı var”.

sia.az

Digər xəbərlər